Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Request Tracker
Request Tracker — sorğuları işləmək üçün pulsuz sistemdir. Request Tracker anlayışını müxtəlif cür konfiqurasiya etmək olar. Request Tracker e-poçtla göndərilən insident məlumatını avtomatik qeydiyyata alır və bu məlumatı göndərən istifadəçiyə bilet verir. İnformasiya verilənlər bazasında saxlanılır.
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Talker
Talker (hərf. danışan) — insanların internet üzərindən bir-biri ilə ünsiyyət qurması üçün istifadə etdiyi söhbət sistemi. Onların mənşəyi 1980-ci illərə təsadüf edir, ani mesajlaşmadan əvvəl oxşar məqsədi daşıyırdılar. Talker MMORPG-lərin və "Second Life" kimi digər virtual aləmlərin rabitə sistemindən əvvəl gəlirdi. Talkerlər real vaxt rejimində söhbət etmək üçün birdən çox istifadəçinin eyni vaxtda qoşulduğu onlayn virtual aləmlərin formasıdır. İnsanlar talkerlərə uzaqdan daxil olurlar (adətən "Telnet" vasitəsilə) və bir-biri ilə əlaqə saxlamaq üçün əsas mətn interfeysinə malikdirlər. İlk talkerlər MUD-lara bənzəyirdi, lakin onlardan fərqli olaraq, mürəkkəb oyun mexanizmlərinin çoxu aradan qaldırılmış, yalnız ünsiyyət səviyyəsinin əmrləri qalmışdır. "ew-too", əslində, oyun elementləri silinmiş MUD serveri idi. Talkerlərin əksəriyyəti ödənişsizdir və açıq mənbə proqram təminatına əsaslanır. Talkerlərdə istifadə olunan "otaqlar" və "rezidentlik" kimi onlayn metaforaların çoxu bu ilk qabaqcıl xidmətlər tərəfindən yaradılmış və "Second Life" kimi müasir üçölçülü interfeyslər tərəfindən istifadə olunmaqdadır. == Tarixi == 1996-cı ildə Talkerlər üçün yer satan ilk server olan talker.com yaradıldı və sonradan Dragonroost adını aldı.
Bastian Trinker
Bastian Trinker (11 may 1990-cı ildə anadan olub) — ATP Çelencer Turunda iştirak edən Avstriyalı peşəkar tennisçi. 12 dekabr 2015-ci ildə o, Dünya ATP reytinqində 241-ci sırada qərarlaşaraq rekorduna imza atmışdır.
Kurtis Strayker
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
La-Trankler
La-Trankler (fr. La Tranclière) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Pon-d'En kantonuna daxildir. Kommunanın dairəsi — Burk-an-Bres. INSEE kodu — 01425. == Coğrafiyası == Kommuna Paris şəhərinin 380 km cənub-şərqində, Lion şəhərindən 55 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 11 km cənubda yerləşir. == Əhalisi == 2010-ci ildə əhalinin sayı 301 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2010-cu ildə 189 (15-64 yaş) əmək qabiliyyətli insanlar arasında 142 nəfər iqtisadi cəhətdən aktiv, 47 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi% 75,1, 1999-cu ildə 75,1%). 142 aktiv sakindən 137 nəfər işləyirdi (78 kişi və 59 qadın), 5 işsiz var (1 kişi və 4 qadın).
Cudit Rayker
Cudit Rayker (alm. Judith Rakers‎; 6 yanvar 1976, Paderborn, Şimali Reyn-Vestfaliya) — Jurnalist, 2011 Avroviziya Mahnı Müsabiqəsinin aparıcılarından biri.
Gəncə (tanker)
"Gəncə" — Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tankeri. Gəncə şəhərinin adını daşıyır. == İnşası == Bu tanker “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Caspian Marine Services” Alyansı tərəfindən sifariş olunan tankerlərdən biridir. == Texniki göstəriciləri == Tanker 7 min ton yükgötürmə qabiliyyətinə malikdir. Uzunluğu 140,9, eni 16,7, saya oturumu isə 4,2 metr olan bu tanker Volqa-Don-Maks tipli, yəni, dayaz sularda üzməklə maksimum yükgötürmə qabiliyyətinə malikdir. Bu tanker ən müasir avadanlıqla təchiz olunub. == Fəaliyyət istiqaməti == “Gəncə” tankerinin texniki göstəriciləri onun gələcəkdə Xəzər hövzəsində dayaz limanlara daxil olmasına, eyni zamanda, Volqa-Don, Volqa-Balt kanallarında üzməsinə imkan yaradır. == İstismara verilməsi == "Gəncə" tankerinin istismara verilməsi mərasimində 18 noyabr 2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də iştirak etmişdir.
Zərdüşt (tanker)
Zoroastr — dünyada ilk neft tankeri. == Texniki göstəriciləri == == Poçt markası üzərində == 1994-cü ilin iyun ayının 10-da Bakı şəhərində "Azərmarka" şirkəti tərəfindən Nobel qardaşları şirkətinin yaradılmasının 115 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 25 manat, tirajı isə 50000 ədəd olan həmin markalardan biri "Zoroastr" gəmisinə həsr olunmuşdur.
Strayker (Mortal Kombat)
Körtis Strayker (ing. Kurtis Stryker) – "Mortal Kombat" oyun seriyasının personajlarından biridir. Polis vəzifəsini yerinə yetirir. Qara qüvvələrə qarşı vuruşur.
Kris Taker
Kris Taker (ing. Christopher Tucker, 31 avqust 1971, Atlanta) — Amerikalı komik və aktyor. O, detektiv Ceyms Karter ("Pik saatı", "Pik saatı 2" və "Pik saatı 3") rolu ilə tanınır və bu rola görə mükafata da layiq görülüb. Bununla da yanaşı o, "Friday", "The Fifth Element", "Money Talks" və "Jackie Brown" kimi filmlərə də çəkilib. Maykl Ceksonun 2001-ci ildə yayımlanmış "You Rock My World" musiqi videosunda da iştirak edib. == Həyatı == Taker 31 avqust 1971-ci ildə Atlanta şəhərində, ABŞda dünyaya gəlib. O, ailənin ən kiçik oğludur. Anası kilsə işlərində fəal iştirak edir, atası təmizlik şirkətinə sahib olan müstəqil bir iş adamıdır. Dekaturda Kolumbiya Liseyini bitirən Taker, komik kimi fəaliyyətə başlamaq üçün Los-Ancelesə köçür. Uşaqlıqdan futbola və boksa həvəs göstərirdi.
Suraxanı tanker-muzeyi
Suraxanı gəmi-muzeyi — Azərbaycanda gəmiçiliyin inkişafı və dənizçilik ənənələrinin tarixini əks etdirən muzey. Dünyada ilk tanker-muzeyin Bakıda fəaliyyət göstərməsi yerli sakinlər və gündən-günə artan turistlərə Xəzərin və ölkəmizdə Gəmiçiliyin tarixi, Azərbaycanın qəhrəman dənizçilərinin rəşadətli əməyi ilə yaxından tanış olmaq imkanı qazandırır. "Suraxanı" gəmi-muzeyi qədim dənizçilik ənənələrinə malik müasir Azərbaycanın keçmişi ilə gələcəyi arasında körpü rolunu oynayır. == Tarixi == 2021-ci il martın 1-də Bakıda "Suraxanı" gəmi-muzeyin açılışı olmuşdur. Dünyada ilk dəfə yaradılan bu muzeyin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Muzeyin zallarında ən müasir texnoloji avadanlıqlardan istifadə edilməklə, bir sıra innovativ yenilikərə imza atılıb. Ziyarətçilər burada Xəzərin tarixi, Abşeronda neft hasilatı, gəmiçiliyin inkişafı, dünyada ilklərdən sayılan gəmilər, dəniz nəhəngləri, gəmiçiliyin ayrılmaz atributlarından olan naviqasiya alətləri, 5000 ilə yaxın tarixə malik dəniz düyünləri, gəmilərin istismarı zamanı istifadə edilən avadanlıqlarla yaxından tanışlıq imkanı qazanacaqlar. Azərbaycanda "Suraxanı" gəmi-muzeyinin yaradılması gəmiçiliyin inkişafı ilə yanaşı, dənizçilik ənənələrinin qorunması, tarixinin araşdırılıb öyrənilməsi və yaşadılması istiqamətində həyata keçirilən əsas layihələrdəndir. Ölkəmizdə qədim tarixə malik dənizçiliyin keçmişini, bu gününü və gələcəyini özündə birləşdirən "Suraxanı" gəmi-muzeyinin yaradılması bu sahədə atılan növbəti mühüm addımdır. Muzey qismində "Suraxanı" tankerinin seçilməsi də təsadüfi deyil.
Track Top-40
Prezident Heydər Əliyev (tanker)
Prezident Heydər Əliyev — Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi QSC-ə (ASCO) aid olan gəmilərdən biri. Gəmi Heydər Əliyevin adını daşıyır. == Texniki göstəriciləri == Gəmis Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Qapalı Səhmdar Cəmiyyətinin nəqliyyat donanmasına məxsus ən nəhəng tankerlərdən biridir. Uzunluğu 149,9 metr, eni 17,3 metr olan tankerin tam yükgötürmə qabiliyyəti 13,8 min tondur. Gəmi maye yüklərin daşınmasında istismar edilir. == Poçt markası üzərində == 2008-ci ilin iyul ayının 21-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin 150 illiyinə həsr olunmuş 5 ədəd poçt markası təqdim edilmişdir. Qiyməti 20 qəpik, tirajı isə 20070 ədəd olan həmin markalardan biri "Prezident Heydər Əliyev" gəmisinə həsr olunmuşdur. == Təmirdən sonra == Prezident Heydər Əliyev gəmisi "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmirdən sonra tanker dəniz sınaq yoxlanışından uğurla keçib və istismara qaytarılıb. Gəmidə təmir zamanı tankerin sualtı və suüstü hissələri, göyərtəsi təmizlənərək rənglənib. Yük anbarlarında və ballast çənlərində gövdə-qaynaq işləri görülüb.
Club Tracks EP (volume 1)
Club Tracks EP xorvatiyalı musiqiçi Dj Sineddin üçücü albomudur. == Albom haqqında == Alboma Dj Sinedd tərəfindən əvvəllər yazılmış mahnılarla yanaşı yeni mahnılar da yer alıb. Albomun bütün mahnılarının müəllif hüququ Dj Sinedd-ə məxsusdur. Dj Sinedd blogunda bildirmişdi ki, albomun relizi 1 aprel tarixində olacaq, lakin daha sonradan o reliz tarixini 15 maya keçirdi. Albomun relizi ilə bağlı heç bir tədbir planlaşdırılmamışdı. Albom Xorvatiyanin rəqs albomlari arasinda 6-cı, Azərbaycanda isə 3-cü pilləyə qədər qalxdi. Bu günə qədər albom 11.000 nüsxə ilə satılıb.