Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Volapük
Volapük (Volapük: vol yiyəlik halında «dünya» + pük — adlıq halda "dil" sözlərindən, yəni ki, "dünya dili") — Alman katolik keşişi Yohan Martin Şleyer (alm. Johann Martin Schleyer‎) tərəfindən 1879-cu ildə yaradılan süni beynəlxalq danışıq dili. İlk məşhur belə layihələrdən biri – Volapük tərcümədə - "ümumi dil" mənasını verir. == Dil == === Əlifba və tələffüz === . Volapük əlifbası Latın əlifbasına əsaslanır və 27 hərfdən ibarətdir: Umlautlar istisna olmaqla fonologiya sadədir. [r] səsi və samitlərin mürəkkəb birləşmələrə nadir rast olunur, bu da sözlərin uşaqlar və çinlilər, həmçinin də bu səslər olmayan digər millətlər tərəfindən tələffüzünü asanlaşdırmalı idi. Vurğu "-li" sual ədatı istisna olmaqla hər zaman sonuncu hecaya düşür. === Xüsusi samitlər === Alfred A. Post özünün «Comprehensive Volapük Grammar» kitabında Şleyerin yaratdığı bəzi əlavə hərfləri qeyd edir. Bu hərflərə də bəzən rast olunur: ==== [r] səsi ==== Əvvəlcə Martin Şleyer bu səsi əlifbadan ümumiyyətlə çıxarmağı düşünsə də, daha sonra dilə "r" hərfi olan getdikcə daha çox "yeni söz" əlavə olunmağa başlandı. 1895-ci ildə o, «Kosmopolan» jurnalında əksəriyyətində "r" səsi olan "yeni sözlərin" siyahısını dərc elədi.