Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Xitab
Cümlədə müraciət olunan şəxsi, əşyanı bildirən sözlərə və ya söz birləşmələrinə xitab deyilir. Xitablar, əsasən, isimlərlə və ismi birləşmələrlə ifadə olunur. İsimləşən digər nitq hissələri və feili sifət tərkibləri də xitab mövqeyində işlənə bilər. İnsan anlayışı bildirən isimlər daha çox xitab kimi işlənir. Məsələn: Oğul, yaxına gəl. Körpə balam, rahat yat. Ata, eşidirəm səni. Ey Vidadi, gərdişi-dövrani kəcrəftarə bax və s. Xitab başqa canlılara və cansızlara da aid olur. Məsələn: Baş alıb gedirsən hayana, ceyran.
Xiyav
Meşkinşəhr (tarixi adı Xiyov və ya Xiyav) — Güney Azərbaycanın Ərdəbil ostanına daxildir. İranın şimal-qərbində yerləşir. Tehrandan 839 km aralıda, Savalan dağının yaxınlığında yerləşən şəhər. Meşkinşəhr şəhristanının mərkəzidir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 63 655 nəfər və 14 949 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan türkcəsində danışırlar. Bu şəhər Savalan dağına ən yaxın şəhərdir. İqlimi mülayimdir. Keçmişdə adları "Xio", "Orami", "Vəravi" olmuşdur. == Şəhərin görməli yerləri == Ən mühüm turizm obyektləri bunlardır: Seyid Süleyman Fəxrəbad İmamzadə Seyid Süleyman məqbərəsi Mavand, Qotursu, Şabil, İlandoğan və Qaynarca isti su bulaqları Qarasu çayının sahili Qədim Meşkinşəhr qalası, Ağaeh qalası, Döv qalası, Qəhqəhə qalası Sasani dövrünün 2000 illik epiqrafik abidələri Unar kəndində qədim qəbiristanlıq Şeyx Heydər türbəsi Arşaq qalası Qışlaqzaxir qalası Qənbər təpəsi Anar qədim məzarlığı Cənnət Sara məscidi Həsəndaş müqəddəs yeri Meşəlik parkı Şirvan dərəsi Qarasu Huşəng meydanı Savalan dağının ətəkləri Şəhərdə kilim, xalça, yun parçalardan müxtəlif toxuculuq məhsulları toxunur.
Pitza
Pizza (it. pizza) — İtalyan mənşəli xəmir yeməyidir. Üzərinə bir çox ərzaq məhsulu qoyula bilər. Pendir, sosis, pomidor, kolbasa, bibər, zeytun, qarğıdalı kimi əsas ərzaqlarla yanaşı, bir çox fərqli məmulatların qoyulduğu pizzalar da var. Xüsusilə, ana vətəni olan İtaliyada və Amerika Birləşmiş Ştatlarında bir çox pizza növü yaradılmışdır. Dünyanın bir çox yerində pizza evə çatdırma xidməti vasitəsilə gətirildiyi üçün istehlak səviyyəsi olduqca yüksəkdir. == Pizzanın yaranma tarixi == Ola bilər ki, əsl pizza Qədim Yunanıstanda meydana gəlmişdir. Rasional yunanlar xəmiri şirə ilə yoğururmuşlar, bu xörək onlar üçün azuqə mənasını ifadə edirmiş. Əldə olunan yeməyi onların allahları sayılan Elladaya göndərirmişlər. Yunanların vaxtıilə hazırladığı bu pizza "plakuntos" adlandırılırmış.
Aitzaz Həsən
Aitzaz Hasan (7 yanvar 1999 və ya 1997, Xayber-Paxtunxva – 6 yanvar 2014) — 6 yanvar 2014-cü ildə Hanqu kəndindəki məktəbə kamikadzenin girməsinin qarşısını alarkən həlak olmuş pakistanlı şagird idi. Hadisə zamanı 2000-dən çox şagird dərslərdə iştirak edirdi. Daha sonra məktəbin adı dəyişdirilərək "Aitzaz Həsən Şəhid Liseyi" adlandırıldı. Onun ölüm ildönümü hər il 6 yanvarda bütün Pakistanda qeyd olunur. Onun qəhrəmanlığı haqqında "Salute" bioqrafik filmi çəkilmişdir. Aitzazın sinif yoldaşlarını xilas etmək üçün göstərdiyi uğurlu səy millətin qəlbini fəth etdi və o, Şəhid və Milli Qəhrəman kimi alqışlandı. Daha sonra Pakistan hökuməti onu ölümündən sonra Sitara-e-Shujaat (Cəsurluq Ulduzu) ilə təltif etdi. O, 2014-cü il üçün Herald tərəfindən "İlin Adamı" seçildi. == Hadisədən sonra == Aitzazın atası oğlunun başqalarının həyatını xilas etmək üçün fədakarlıq etdiyini deyib: "Oğlum anasını ağlatdı, lakin yüzlərlə ananı övladları üçün ağlamaqdan xilas etdi." Onun dəfn mərasiminə çoxlu insan ehtiramlarını bildirmək üçün qatıldı. Pakistan Ordusunun rəisi adından Aitzaz Həsənin məzarı üzərinə gül çələngi qoyuldu.
Xitab (qida)
Qutab – nazik, aypara formalı yuxa içərisində göy, ət və ya baxça məhsulları içi olan qədim türk yeməyi. Qədim Azərbaycan, Türkiyə, Qaqauz mətbəxinə aid qutab daha sonra Qafqaz və yəhudi mətbəxinə daxil olub. Qutab Azərbaycan mətbəxinin simvollarındandır. Qutabın çox sayda növü vardır. == Qutab növləri == Göyərti qutabı (qatıqla). Yabanı göyərtidən qutab (qatıqla). Göyərti ilə kəsmik qutabı (narlı və ya zirincli). Qarın qutabı (narlı və ya zirincli). Balqabaq qutabı (narlı və ya zirincli). Kartof qutabı (narlı və ya zirincli).
Xitay dili
Xitay dili, Kitay dili və ya Kidan dili — Monqol dillərindən olan Xitayların danışdığı dil idi.Xitay dili, Liao sülaləsi və Qaraxitaylar dövlətinin rəsmi dili olmuşdur.