Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Harakiri
Seppuku (yapon: 切腹) və ya harakiri (yapon: 腹切) – Yaponiya mədəniyyətinə xas intihar adəti. Məlum olan ən qədim seppuku aktı XII əsrin II yarısında samuray Minamoto Tametomo və şair Minamoto Yorimasa tərəfindən icra edilib. Seppuku Qərbdə daha çox harakiri (腹 切 り – "qarnı kəsmək") kimi tanınır. == Etimologiyası == Harakiri (腹切り) və seppuku (切腹) sözlərinin heroqlifləri eyni olsa da, yazılanda onlar əksinə yazılır. "Seppuku" termini iki çin-yapon köklərindən ibarət "setsu" (切 – "kəsmək") və "fuku" (腹 – "qarın"), harakiri isə 腹 [hara] "qarın", 切 [kiri] "kəsmək" sözlərindən ibarətdir. Harakiri termini daha çox (Amerika ingiliscəsində danışanlar tərəfindən işlədilir) yapon dilində danışmayanlara tanışdır. "Niyə günümüzdə harakiri sözü seppukuya nisbətən daha məşhurdur?" – deyə sual etsəniz, deməliyəm ki, "harakiri" sözü yapon dilində "qarın deşmək" mənasına gəldiyinə görə arqo olaraq qəbul edilir. Qısası, seppuku mərasimi "şərəfli ölüm yolu" hesab edilsə də, avropalılar, yəni gəlmələr anlamadıqlarına görə, "nəticədə qarın kəsirlir" mənasında onu harakiri ilə əvəz edib. Ondan sonra xaricdə necə ki geişalar fahişə kimi tanıdılıb, seppuku da harakiri kimi yaddaşlara həkk olunub. Bu yerdə 1962-ci ildə ekranlaşdırılan "Seppuku" filmini xatırlatmaq istərdim.
Arakici
Arakici Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. == Toponimkası == Arakici- Tiflis quberniyasının Tianeti qəzasında (indi Oçamçiri rayonunda) kənd adı. Göyçə gölü ilə Gədikçay arasında bir dağ və Göyçə gölünün cənub-qərb hövzəsində bir çay Araqi adlanır. Ehtimal ki, ya türk dillərində irək - "dağ belinin şaquli səthdə təkrarlanan dirsəkləri", ya da monqol dilində ereq - "sıldırım sahil", "yarğan" sözündəndir.
Xarari (xalq)
Harari - Efiopiya ərazisində yaşayan iri xalqlardan biri. Hararilərin sayı təxminən 40 min nəfərə yaxındır. Onların əksəriyyəti dini baxışlarına görə sünni müsəlmandırlar. Etnik cəhətdən Arqobba xalqına yaxındırlar. == Dil == Hararilər arasında harari, ərəb və amhar dilləri geniş yayılmışdır. Hararilər əsas etibarı ilə Afraziya dil ailəsinin sami qrupuna aiddirlər. == Həyat tərzi == Hararilərin əksəriyyəti, demək olar ki, şəhərlərdə yaşayırlar. Onların məskunlaşdıqları əsas yaşayış məntəqələri aşağıdakılardır. Harar, Əddis-Əbəbə, Dıre-Daua və sair. Əhalinin əksəriyyətinin əsas məşğuliyyəti sənətkarlıq və ticarətdir.
Qarapiri Bəy Qacar
Qarapiri bəy Qacar — mənşəcə Azərbaycan türklərindən olan böyük sərkərdə və dövlət xadimi. Qarapiri bəy Qacar Şah İsmayıl Səfəvinin ən bacarıqlı sərkərdələrindən biri idi. Hünərinə, çeviklik və qətiyyətinə görə, o "Toz qoparan" ləqəbini qazanmışdı. Qarapiri bəy Səfəvilər dövlətinin tarixində əhəmiyyətli rol oynamışdır. I Şah İsmayılın atası Şeyx Heydərin üç oğlu vardı – Sultanəli, İbrahim və İsmayıl özü. Qarapiri bəyin bütün həyatı bu üç qardaşın yanında keçib. Əvvəlcə o, onları himayə və tərbiyə etmiş, sonra isə onların qulluğunda durmuşdur. == Tarixi == XV əsrdə Azərbaycanda Teymurun varisləri ilə Ağqoyunlu və Qaraqoyunlu padşahları arasında hakimiyyət uğrunda gərgin mübarizə gedirdi. Tədricən Ağqoyunluların ən görkəmli hökmdarı Uzun Həsən öz mübarizəsində Ərdəbil hökmdarı və Səfəvi hərbi-sufi təriqətlərindən səfəviyyənin başçısı Şeyx Cüneydə arxalanmaq istəyir. Əvvəlcə öz bacısı Xədicə bəyimi ona verir, sonra isə qızı Teodora-Aləmşahbəyimi (Trapezund imperatoru Komnenin nəvəsini) Şeyx Cüneydin oğlu şeyx Heydərə verir.
Asakiri Mənsurəyi Məhəmmədiyyə
Asakiri Mənsurəyi Məhəmmədiyyə (Türkcə: Məhəmmədin qalib əsgərləri), Yeniçəri ocağının Vaqiəyi-Xeyriyyə ilə aradan qaldırılmasından sonra, Osmanlı sultanı II Mahmud tərəfindən yaradılmış olan yeni ordunun adıdır. 16 iyun 1826 - 1920-ci illərdə fəaliyyət göstərmişdi. De-fakto 1912-ci ildən fəaliyyətinə son verilmişdir. Mudros sülh müqaviləsindən sonra isə fəaliyyəti tamamilə ləğv edilmişdir. Qərargahı İstanbul və Selanikdə olmuşdur. Bu ordudan Rusiya-Osmanlı müharibəsi (1877-1878), Krım müharibəsi, Osmanlı-Yunan müharibəsi (1897) zamanı istifadə edilmişdir. Dindar insanların reaksiyasını azaltmaq üçün Məhəmmədiyyə adın əlavə edildi. Keçmiş yeniçəri ağalarından olan Ağa Hüseyn Paşa birinci olaraq “sərəsgər” adı ilə Asakiri Mənsurəyi Məhəmmədiyyənin rəhbərliyinə gətirildi. Asakiri Mənsurəyi Məhəmmədiyyə “tərtibat” adlandırılan səkkiz qoşundan ibarət idi. Hər tərtibatın başında “mayor” adlandırılan bir komandir var idi.