Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yonekiçi Miyake
Yonekiçi Miyake (三宅米吉, Miyake Yonekiçi, 1 iyul 1860, Vakayama – 11 noyabr 1929, Koişikava-ku[d]) – Yaponiya tarixçisi, pedaqoqu və arxeoloqu. == Həyatı == Yonekiçi Miyake 1860-cı ildə Vakayama hanında doğulmuşdur. Keyo özəl məktəbində təhsil alsa da, məzun olmadan məktəbdən çıxmışdır. Bundan sonrakı biliklərini öz səyləri ilə qazanmışdır. 1881-ci ildə Tokio Ali Normal Məktəbində dərs verməyə başlamış, müasir tədris metodlarını öyrənmək üçün 1885–86-cı illərdə ABŞ və İngiltərəyə səyahət etmişdir. 1890-cı ildə Tokio İmperiya Evi Muzeyinin işçisi olmuş, 1922–23-cü illərdə muzeyin direktoru vəzifəsini tutmuşdur. 1929-cu ildə Tokio Bunrika Universitetinin ilk prezidenti seçilmişdir. Miyakenin tədqiqat sahəsi İpək yolunun tarixi, eləcə də, Kvanqetho abidəsi və 57-ci ildə Çin imperatoru tərəfindən Yaponiya hökmdarına verilmiş qızıl möhür kimi qədim yazılar olmuşdur. O, antropoloji və arxeoloji tapıntılarla tarix elmini inkişaf etdirməyi dəstəkləmişdir. Miyake Nippon Arxeologiya Cəmiyyətinin əsasını qoymuşdur.