Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hafsilər
Hafsilər (ərəb. الحفصيون‎ al-Ḥafṣiyūn) — 1228–1574-cü illərdə Tunisdə hökmranlıq edən bərbər əsilli sülalə. == Tarixi == Xanədan adını Şeyx Əbu Həfs Ömər ibn Yəhyal Hintatidən almışdır. Onun oğlu, İfriqiyyə valisi olan I Əbu Zəkəriyyə Yəhya dövründə Hafsilər sülaləsi Əlmüvəhhidilərin tabeliyindən çıxaraq müstəqil hakimiyyət sürməyə başladı. Qüdrətli dövrlərində Əlcəzair və Liviyada hökmranlıq edən Hafsilər, sonra sürətlə gücdən düşdülər. 1311–1317-ci illərdə Məmlük dövlətinin vassalına çevrildilər. Həmçinin 1530-cu illərdən başlayaraq Tunisin cənubu və mərkəzi Osmanlılar tərəfindən tutuldu. Hafsilərin əlində isə ölkənin yalnız şimal hissəsi qaldı. 1534-cü il avqustun 16-da Xeyrəddin Barbarossanın komandanlığı ilə Osmanlı qüvvələri Tunis şəhərini və ölkənin cənub hissəsini də Osmanlı imperatorluğuna birləşdirərək Hafsilərin hakimiyyətinə son qoydular. Lakin sonradan İspaniya və Almaniya imperatoru V Karl tərəfindən Tunisin geri alınması ilə Hafsilərin hakimiyyəti bərpa edildi.
Hafsilər dövləti