Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hardan düşdün yadıma sən... (kitab)
Yarimar Merkado
Yarimar Merkado Martinez (12 mart 1995) — Puerto-Rikolu atıcı. Yarimar Merkado Puerto-Rikonu 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Yarimar Merkado birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 406.6 xal toplayaraq 43-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Yakima Valley Kolleci
Yakima Valley Kolleci (YVK) — ABŞ-ın Vaşinqton ştatında dövlət kolleci. == Tarixi == Kollec 17 sentyabr 1928-ci ildə Yakima Valley İcma məktəbi kimi təsis edilib. Məktəb o zaman Vaşinqton ştatında üçüncü kiçik kollec oldu. Kollecin ilk dərsləri Yakimanın Kolumbiya məktəbinin binasında keçirilirdi və 1930-cu ildə ilk məzun sinfi olmuşdur. Yeni kollec şəhərciyinin ilk binası 1949-cu ildə açıldı və ilk prezidenti Elizabet Prayorun şərəfinə adlandırıldı. Prayor Hollda sinif otaqları, inzibati mərkəzlər, kiçik kitab mağazası, iclas zalı və musiqi dərsləri üçün otaqlar var idi. == Akademik strukturu == Yakima Valley Kolleci İncəsənət və Elmlər, Karyera və Texniki təhsil, İngilis dilinin mənimsənilməsi və Davamlı təhsil üzrə proqramlar təklif edir. Kollec Tətbiqi Elmlər üzrə 5 bakalavr dərəcəsi proqramı, 55 Elm üzrə Assosiasiya proqramı və 100-dən çox Müvəffəqiyyət sertifikatı təklif edir. Kollec həmçinin Vaşinqton ştatının orta məktəb və lisey tələbələrinə YVK siniflərinə yazılmağa və təhsil haqqı ödəmədən həm orta məktəb, həm də kollec üçün kredit almağa imkan verən Running Start proqramını təklif edir. == Kampusları == Yakima Valley Kollecinin 2 kampusu var: Yakima Kampusu və Qrandviev Kampusu.