Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Yeməzli
Yeməzli (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. Aşağı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd. Yuxarı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun inzibati ərazi vahidində kənd.
Aşağı Yeməzli
Aşağı Yeməzli – Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunub. == Tarixi == Aşağı Yeməzli kəndi dəğətəyi ərazidədir. Kəndin ərazisi əvvəllər Orta Yeməzli kəndinin qışlaq yeri olmuşdur. Əhali qışlaq yerinə köçərək məskunlaşdıqdan sonra yeni yaşayış məntəqəsini Qışdaqlı, daha sonra Aşağı Yeməzli adlandırmışdır. Oykonimin birinci komponenti yaşayış məntəqəsinin coğrafi mövqeyi ilə bağlıdır, ikinci komponent isə atyeməzli etnoniminin qısaldılmış formasıdır.
Orta Yeməzli
Orta Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. Orta Yeməzli yaşayış məntəqəsi vaxtilə Ağdam rayonunun Ətyeməzli (əsli Atyeməzli) kəndindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Sonralar oykonimin tərkibindəki ət (at) komponenti düşmüşdür. Həmin kənddən bir qədər yuxarıda Yuxarı Yeməzli, kəndə məxsus qişlaq yerində isə Aşağı Yeməzli kəndləri yarandiqdan sonra kənd Orta Yeməzli adlandinlmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Yeməzli (Qafan)
Yeməzli - Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indi Qafan rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 10 km şərqdə, Xalac çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kəndin adı 1907-ci ildə erməni dilində çap edilmiş «Qafqazda erməni-türk vuruşması» əsərində Yemazlu formasında qeyd edilmişdir. Toponim yeməzli tayfa adı əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Qarabağda yaşayan tayfalardan biri elə ətyeməzli adlanırdı. == Əhalisi == Kənddə 1831-ci ildə 27 nəfər, 1873-cü ildə 278 nəfər, 1886-cı ildə 244 nəfər, 1897-ci ildə 110 nəfər, 1904-cü ildə 130 nəfər, 1914-cü ildə 89 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə azərbaycanlılar ermənilərin soyqırımına məruz qalaraq deportasiya olunmuşlar.
Yuxarı Yeməzli
Yuxarı Yeməzli — Azərbaycan Respublikasının Zəngilan rayonunun Yeməzli kənd inzibati ərazi dairəsində kənd. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub.
Təkamülün dönməzlik qanunu
Dollo qanunu və ya Təkamülün dönməzlik qanunu – 1893-cü ildə Belçika paleontoloqu Lui Dollo tərəfindən verilmiş qanun. Qanuna görə istənilən orqanizm təkamül nəticəsində heç vaxt öz keçmiş formasına (hətta eyni mühit şəraiti olsa belə) qayıda bilməz. == Şərhlər == Riçard Dokinz Dollo qanunu belə izah edir ki, Dbu qanuna görə təkamülə təsir edən parametrlər o qədər çoxdur ki, baş verən dəyişikliyin təkrarlanması və ya bütünlüklə əvvəlki vəziyyətinə dönməsi ehtimalı statistik olaraq mümkünsüzdür. Stiven Cey Quld isə Dokinzə nisbətən məsələyə daha yumşaq yanaşmış və Dollo qanununu "dönməyən proses" mənasında ehtimallar kainatından seçilən bir ehtimalın digər ehtimalları məhv etməsi ilə izah etmişdir. Yəni qarşıya A, B, C, D ehtimalları mövcuddursa və A seçilərsə, digər 3 ehtimal normal olaraq ortadan qalxır. Qulda görə Dollo bu qanunda "dönməyən prosesi" izah etməyə çalışmışdır. == Qarşı faktlar == Şimali Amerikadakı Gastrotheca guentheri növündəki qurbağaların alt çənələrindəki dişlərin 200 milyon il sonra yenidən atalarındakı vəziyyətə təkamül keçirməsi "geriyə təkamül" ilə izah olunur. Sudan quruya çıxan heyvanların bəzilərinin su mühitinə qayıtması da misal kimi çəkilə bilər. Dollo qanunu təkzib edən misallardan digəri də tikanbalıqlarıdır. Tikanbalıqlarının əcdadları güclü pulcuqlara, zirehə və üç xətli tikanlara sahib heyvanlar olmuşdur.