Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Zərbxana
Zərbxana-valyuta üçün sikkələr istehsal və zərb edən sənaye obyektdir.
Zərdxana (Əhər)
Zərdxana (fars. زردخانه‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 125 nəfər yaşayır (26 ailə).
Zərimxan Həsənli
Zərimxan Rafiq oğlu Həsənli (7 dekabr 2001; Bəyimsarov, Tərtər rayonu, Azərbaycan — 11 oktyabr 2020; Hadrut, Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Zərimxan Həsənli 7 dekabr 2001-ci ildə Tərtər rayonunun Bəyimsarov kəndində anadan olmuşdur. == Hərbi xidməti == Zərimxan Həsənli 2020-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə idi. Əvvəlcə, Ağcabədi rayonunda, sonra isə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində xidmət etmişdir. Azərbaycan Ordusunun əsgəri olan Zərimxan Həsənli 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində artilleriya komandasında iştirak etmişdir. Cəbrayılın, Füzulinin və Xocavəndin azad edilməsi uğrunda gedən döyüşlərdə qumbaraatan olaraq vuruşmuşdur. 11 oktyabr 2020-ci ildə Füzuli-Hadrut istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı qarşı tərəfin atdığı minaatan nəticəsində beyin qanaxması keçirərək həlak olmuşdur.
Zerixan (Urmiya)
Zerixan (fars. ‎‎‎زري خان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.