AYAZIMAQ

f.
1. Göy üzü açılmaq, buluddan, dumandan təmizlənmək, aydınlaşmaq. Bir az qabaq hava buludlu idi, indi ayazıyıbdır.
– Payızın çiskinli, dumanlı günü ayazıyırdı. S.Rəhimov.
Duman bir qədər ayazıdı, döyüşçülərə yol açdı. Ə.Vəliyev.
Yağış bu saat kəsəcək, yuxarı ayazıyır. İ.Əfəndiyev.

2. Gecə ayazında bərk üşümək, soyuqdan donmaq.
3. məc. Ağır xəstəlikdən ayılmaq, bir az yaxşılaşmaq, xəstəliyi yüngülləşmək, rəngi özünə gəlmək, bənizi açılmaq. Xəstə dünənkinə nisbətən bir az ayazıyıbdır.
// məc. Açılmaq.
[Nəbinin] buludlu qaşqabağı birdən ayazıyıb açıldı. S.Rəhimov.

// məc. Ayılmaq, özünə gəlmək.
Zabitlə soldatlar hələ dünənki içkidən ayazımamış, həyatla vidalaşmalı oldular. M.Hüseyn.
Bulanıq və dərin yuxulardan ayazıyıb, özümə gəldim. Mir Cəlal.

Синонимы

  • AYAZIMAQ açılmaq — təmizlənmək — aydınlaşmaq
  • AYAZIMAQ yaxşılaşmaq — sağalmaq
  • AYAZIMAQ üşümək — donmaq

Антонимы

  • AYAZIMAQ AYAZIMAQ – TUTQUNLAŞMAQ Payızın çiskinli, dumanlı günü ayazıyırdı (S.Rəhimov); Belə zamanlarda təbiidir ki, onun gülər üzü bir qədər tutqunlaşar, alnı

Этимология

  • AYAZIMAQ Bu söz “xəstənin özünə gəlməsi, qismən sağalması, onalması” anlam­la­rında işlədilir. Güman ki, ayaz (açıq hava) sözündən ayazı feili (bərkimək modeli
AYAZIMA
AYAZITMAQ

Значение слова в других словарях

Битлы́ гляцио́лог горизонта́льно жема́ниться отста́лая разъяри́ть серди́тый храмо́вник ...ви́дный искристый панкреати́т пореши́ть дело экспе́ртный Байкал emulative nodulose orphrey plant out prolongation radiotoxin stabilized восстановление кинетика тапир этиология