AĞ-QARA

прил. чёрно-белый. Ağ-qara təsvir чёрно-белое изображение, ağ-qara veriliş передача в чёрно-белом изображении
AĞ-AŞKAR
AĞA
OBASTAN VİKİ
Ağ-qara göyərçin
Ağ-qara göyərçin (lat. Columba leucomela) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Ağ-qara çəkçəki
Ağ-qara çəkçəki (lat. Saxicola jerdoni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
Ağ-Qara Dünya (1991)
Ağ-qara dünya qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır. == Məzmun == Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. == Mükafat == 1992-ci ildə Aşqabadda "Füruzə Baharı" kinoforumunda film diplom almışdır. == Filmin heyəti == == Film üzərində işləyənlər == Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Rejissor: Şamil Nəcəfzadə Operator: Nizami Abbas == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
"Ağ-qara" gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir.
Ağ-qara dünya (film, 1991)
Ağ-qara dünya qısametrajlı sənədli filmi rejissor Şamil Nəcəfzadə tərəfindən 1991-ci ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında istehsal edilmişdir. Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır. == Məzmun == Film əsrin yaşıdı olan qocaman foto ustası, Azərbaycanın ilk peşəkar fotoqrafı Mircavad Axundzadənin sənət dünyası haqqında danışır.Kiçik yaşlarından fotoya həvəs göstərən Mircavad Axundzadə şəhərdə mətbəədə işləyən atasının yanına tez-tez gedərmiş. Burada Lifşits soyadlı bir alman uşağın marağını görüb ona fotoaparat bağışlayıb və Mircavad 9 yaşında (1918-ci ildə) ermənilərə qarşı vuruşan bir qrup silahlı maştağalının şəklini çəkib. Məşhur fotoqrafın şəkilləri və neqativləri hazırda arxivlərdə qorunur. == Mükafat == 1992-ci ildə Aşqabadda "Füruzə Baharı" kinoforumunda film diplom almışdır. == Filmin heyəti == == Film üzərində işləyənlər == Ssenari müəllifi: Nəriman Əbdülrəhmanlı Rejissor: Şamil Nəcəfzadə Operator: Nizami Abbas == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Ağ-qara gecələr (film, 2013)
"Ağ-qara" gecələr — tammetrajlı bədii film. Rejissor Ayaz Salayev tərəfindən 2013-cü ildə ekranlaşdırılmışdır. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişilə "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir. Gözlənilməz ölüm bu planı alt-üst edir. Filmdə əsas rolları Solmaz Süleymanlı, Fəxrəddin Manafov, Levan Xurtsia, Rasim Balayev, Həmidə Ömərova, Gülzar Qurbanova, Nərmin Salayeva, Vidadi Həsənov, Nodar Şaşıqoğlu və Aqil M. Quliyev ifa edirlər. == Məzmun == Xəyanət və nifrətin yer aldığı qeyri-real və fantasmaqorik klassik məhəbbət hekayətidir. Qadının ərinə qarşı amansız nifrət hissi əriylə birgə qurduqları telekanalın verilişlərində qəflətən vizual görüntülərlə üzə çıxmağa başlayır.Filmin əsas obrazı bədbəxt qadındır. O, öz aşnasını ərini öldürməyə sövq edir.
Ağ-qara notlar (film, 2010)
Ağ-qara notlar qısametrajlı sənədli televiziya filmi rejissor Elşən Məmmədov tərəfindən 2010-cu ildə çəkilmişdir. Film EL televiziyasında istehsal edilmişdir. Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. == Məzmun == Film görmə qabiliyyəti olmayan musiqiçi, pedaqoq, qarmon ustası Dilavər Məmmədovdan bəhs edir. Onun indi sayseçmə yetirmələri vardır. Filmdə pedaqoqun özü həyatını və sənət yolunda atdığı addımları nəql edir.
Ağ-qara payız (film, 1996)
Ağ-qara payız qısametrajlı sənədli-bədii televiziya filmi rejissor Vəli Səyyadi tərəfindən 1996-cı ildə çəkilmişdir. Film Azərbaycan Televiziyasında istehsal edilmişdir. Filmin müqəddiməsində qəhrəmanın ötürdüyü ovqatdan, artıq sezirsən: biz bir insanın uşaqlığına səyahət edəcəyik. Bir tərəfdən bu lirik-ovqat əhvalatı şərtidir. O mənada ki, bizim hər birimizin uşaqlığımızla bağlı nəsə ümumi, o hər nə qədər ağrılı olsa belə həsrətimiz, xiffətimiz var. Müəllif də artıq geri dönməsi mümkün olmayan keçmişi, zamana xiffəti kino dilinə çevirib. == Məzmun == Film yaxın planda profildən gənc kişinin nəqli ilə başlayır, o, tez-tez əlləri ilə üz-gözünü ovuşdurur: “Mən deyə bilmərəm. İndi nəyisə xatırlamaq çox çətindir. Çox illər keçib o vaxtdan. Ümumiyyətlə, çətindir, insan üçün keçmiş haqda danışmaq.
Ağ-qara reportaj (film, 2006)
Ağ-qara reportaj qısametrajlı sənədli televiziya filmi rejissor Teymur Nəcəfzadə tərəfindən 2006-cı ildə çəkilmişdir. Film ANS televiziyasında istehsal edilmişdir. Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. == Məzmun == Film azərbaycanlı jurnalist, Qarabağ müharibəsi şəhidi, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev haqqındadır. Filmdə onun əzizləri və dost-tanışları öz xatirələrini bölüşürlər. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin ABŞ və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Onun Xocalı soyqırımı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. O, 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
Ağ və Qara Şəhər (1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağ və qara (film, 1998)
Ağ və qara filmi rejissor Abbas Quliyev tərəfindən çəkilmişdir. Film İctimai televiziyada istehsal edilmişdir. Film dəstəkli çalğı aləti pianodan bəhs edir. == Məzmun == Film dəstəkli çalğı aləti pianodan bəhs edir. Onun adı italyan dilindən keçmişdir, mənası piano — "sakit" deməkdir. Pianoda səsləri kiçik çəkiciklər zərbə ilə tellərə dəyərək yaradırlar. Onlara qüvvə dəstəkləri basmaqla xüsusi mexanzimin köməyi ilə ötürülür. Çəkic tellərə dəyməmişdən öncə, tellər dempferdən ayrılırlar ki, yaxşı səs çıxara bilsinlər. Dəstəklər pianonun qabaq hissəsində bir lövhənin üzərində yerləşdirilirlər.
Ağ – rənglərdən biri. == İnam və etiqadlarda == Yüngül, soyuq rəngdir. Sakitləşdirici təsirə malikdir. Bütün tünd rənglərlə əla görünür. Ayı tərənnüm edir. Avropa ölkələrinin əhalisi üçün ağ rəng cavanlığı, təmizliyi, nöqsansızlığı, bir sıra Şərq ölkələri, o cümlədən Yaponiyada və Çində matəmi və təhlükəni bildirir. İnsanın enerji sistemini tarazlaşdırır. Yaradıcılıq hisslərini büruzə verir.İstisna hallar hesaba alınmazsa, ağ rəng dünyanın bütün xalqlarında, xatırlatdığımız kimi, uğur, xoşbəxtlik, paklıq, düzlük, ehtiram və s. bildirir. Hətta bütün rənglərin ağ rəngdən törəməsi fikri də var və bu səbəbdən o, "ana rəng" adlanır.
Qara
Qara – rənglərdən biri. Ən tünd rəng olub işığın səthdən əks olunmaması yəni bütün işığın absorbsiyası nəticəsində yaranır. Soyuq, qəmli rəng hesab olunur və ağ rəngin, aydınlığın, işıq rəmzinin əksidir. Bir çox xalqlarda matəmi tərənnüm edir. Bu rəng geyimlərə ciddilik, rəsmilik verir. == Ümumi məlumat == Ağ rəngin əksi, müxalifi olan qara rəngin cəmiyyətdə, məişətdə daşıdığı məna, qoşulduğu sözlər bütün rənglərdəkindən çoxdur. Arxada qara rəngin kainatın quruluş modelində Yerin alt qatını bildirdiyini demişdik. Bu elə indinin özündə də belə düşünülür və həmin təsəvvür dilimizdə işlənən ifadələrdə də özünü qorumaqdadır: "Qara yerə girəsən", "Başını qara yer oğurlasın", "Qara yer otağın olsun", "Qaranlıq dünyanın qara küncündə qaralasan", "Qara qəbir evin olsun", "Qara qəbrin dar qazılsın", "Qara yerdə çürüyəsən". Sayını istənilən qədər artıra biləcəyimiz bu nümunələrdə qara rəngin yeraltı dünyanı – qaranlığı bildirməsi şəksizdir. Bundan savayı, bilavasitə mənəviyyatla bağlı "qaraüz"; tale təyinli "qara-bəxt", "qaragünlü", "qaraduvaq", "qaranişan"; xasiyyət əlamətli "qaradinməz", "qaraqabaq", "qaraniyyət", "qarayaxa", "qaragüruh"; cəmiyyətin aşağı təbəqəsinə aid edilən "qara camaat", "qara kütlə" və s.
Ağ və qara şəhər (film, 1908)
Ağ və qara şəhər qısametrajlı sənədli filmi Miron Qrossman tərəfindən 1908-ci ildə çəkilmişdir. Kinosüjet Bakı həyatından bəhs edir. == Məzmun == Kinosüjet Bakı həyatından bəhs edir. == Filmin üzərində işləyən == Rejissor: Miron Qrossman Operator: Miron Qrossman == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 12.
Ağ-göy-ağ bayraq
Ağ-göy-ağ bayraq — üç bərabər üfüqi zolaqdan (ağ, göy və ağ) ibarət bayraq. Bu bayraq Rusiyanın Ukraynaya təcavüzündən sonra Rusiyada müharibə əleyhinə etirazların simvoluna çevrilib. Bayraq 2022-ci ilin əvvəlində müharibə əleyhinə etirazların simvolu kimi Rusiyadakı müxalifət qüvvələri arasında geniş yayılıb. Fəalların fikrincə, bayraq ilk növbədə insanları sülh və azadlıq uğrunda birləşdirən simvoldur. == Tarixi == Ağ-göy-ağ bayrağın istifadə edildiyi ilk məlum yer 2006-cı ildə meydana çıxan Novqorod Respublikasının virtual dövlətinin internet saytı (“Noveqradeskaya Respublika”) olmuşdur. Bayraq Velikiy Novqorodun o vaxtkı rəsmi bayrağına əsaslanırdı. Saytın yaradıcısı, amerikalı proqramçı Martin Posthyumusun sözlərinə görə, layihə Novqorod Respublikasının qoşunlarının Şelon döyüşündə Moskva Knyazlığının qoşunlarını məğlub etdiyi alternativ tarixin nümunəsi kimi düşünülmüşdür.İlk dəfə 22 avqust 2019-cu ildə LiveJournal istifadəçisi Andrey Çudinov tərəfindən Rusiyanın alternativ bayrağı kimi istifadə edilməsi təklif edilib.Bu bayraqdan müharibə əleyhinə etirazın simvolu kimi istifadə edilməsi 28 fevral 2022-ci ildə Tvitter istifadəçilərindən biri tərəfindən təklif edilmişdi. Bundan sonra bu bayraqdan, müharibə əleyhinə çıxış edən müxalifət qüvvələri istifadə etməyə başladılar. Bayraq qısa müddətdə mitinqlərdə, yürüşlərdə, nümayişlər və digər etiraz hərəkətlərində, bununla bağlı rəsmlərdə və plakatlarda geniş istifadə olunub. Bu bayraqdan Tiflis, Kipr, Nyu-York, Krakov, Vyana, London, Hollandiya, Praqa, Toronto, Berlin, Barselona, Düsseldorf, Helsinki, Oslo və Yekaterinburq və digər yerlərdə baş tutmuş Rusiyanın Ukraynaya müdaxiləsinə qarşı olan mitinqlərdə də istifadə olunub.
Ağ qalınalın
Ağ qalınalın, (lat. Hypophthalmichthys molitrix) — sürü halında yaşayan epipelegial balıq. Əsasən Amur çayı hövzəsində yayılmışdır. Soverlər dönəmində Volqa, Dnepr, Don, Terek, Kuban çayaları, Aral dənizninə daxil olan çaylar üzərində yerləşən su anbarlarına buraxılmışdır. Bu əsasən həmin növün təbii arealında olan çaylar olmuşdur. Balxaş gölündə belə meşahidə edilirlər. Kürüləmə dövrü iri çaylarda suyun temperaturu 25 °C (iyun-iyul) olduqda baş tutur. Kürünün inkişafı bir neçə gün davam edir. 100 sm uzunluğa və 40 kq çəyiyə sahib ola bilir. Qışı dərinliklərdə yataraq keçirir.
Ağ qargiləmeyvə
Ağ qargiləmeyvə (lat. Symphoricarpos albus) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin doqquzdonkimilər fəsiləsinin qargiləmeyvə cinsinə aid bitki növü. == Təbii yayılması == Şimаli Аmеrikаnın mеşə zоnаsındа yаyılmışdır. Hündürlüyü 1,5-2 m оlаn аlçаqbоy budаqlı kоldur. Оduncаğı yаşımtıl-аğdır. Zоğlаrı nаzik, bоz-qоnur və yа qоnur rənglidir. Tumurcuqlаrı kоnusvаri, хırdа, 1-2 mm, uzunluğundа, qırmızı-qоnur çаlаrlıdır. == Botaniki təsviri == Yаrpаqlаrı yumurtаşəkilli və yа оvаl fоrmаlı оlub, uzunluğu 2-6 sm-dir. Ucu küt və yа biz, bünövrəsi yumru, sаplаğı qısаdır. Yаrpаq аyаlаrının üstü tünd yаşıl, аlt hissəsi isə аçıq yаşıldır, çılpаq və yа аz tüklü, kənаrlаrı bütöv və yа zəif görünən çıхıntılıdır.
Ağ qargülü
Ağ qargülü, qar xədicəgülü (lat. Galanthus nivalis) — xədicəgülü cinsinə aid bitki növü.
Ağ qaytarma
Ağ qaytarma (lat. Potentilla alba) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin qaytarma cinsinə aid bitki növü.
Ağ qaz
Ağ qaz (lat. Anser caerulescens) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaz (quş) cinsinə aid heyvan növü. == Yarımnövləri == C. c. caerulescens C. c.
Ağ qağayı
Ağ qağayı (lat. Pagophila) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinə aid heyvan cinsi.
Ağ qovaq
Ağ qovaq — Təbii halda Şimali Afrika, Avropa, Asiyada, mədəni halda Avropa, Asiya, Şimali Amerikada rast gəlinir. == Botaniki təsviri == Hündürlüyü 30–35 m, gövdəsinin diametri 2 m-dək olan, çadırvari, enli çətirli, kök boğazından budaqlanan ağacdır. Tez böyüyür, 30–40 yaşında 20–25 m hündürlüyə çatır, gövdəsinin diametri 0,5 m-dək olur. İri budaqlarda gövdənin qabığı boz-yaşıl, hamar; cavan zoğlarda ağ keçəli; yaşlılarda qabığı dərin yarıqlı, tünd boz və ya qaradır. Tumurcuqları xırda, uzunluğu 0,5 sm-dək, parlaq, yapışqanlı deyildir. Yarpaqları möhkəm, üstü tünd yaşıl, parlaq, gümüşü, yumurtavari yumru və ya üçkünc, alt tərəfi tükcüklü, ağ keçəvaridir. Yarpaqları uzun zoğlarda 3–5 barmaqvari-ələkvari, uzunluğu 4–12 sm, eni 2,5–10 sm-dir. Qısa zoğlarda yerləşən yarpaqlar yumru barmaqvari və ya 3–5 künclüdür. Saplaqları silindrik, tükcüklü, çox vaxt 2–3 dəfə yarpaq ayasından qısadır. Payızda yarpaqların əksər hissəsi yaşıl halda, az hissəsi limonlu-sarı rəngə boyanaraq tökülür.
Ağ qızıl
Ağqızıl və ya Platin (Pt') – kimyəvi element. Elementlərin dövri sisteminin VIII qrupundadır, atom nömrəsi 78, atom kütləsi 195,09-dur. Təbii platin 190Pt (0,0127%), 192Pt (0,78%), 194Pt (32,9%), 195Pt (33,8%), 196Pt (25,2%) və 198Pt (7,23%) izotoplarının qarışığından ibarətdir. Platin insana hələ qədimdən (Misir, Həbəşistan və s.) məlum idi. Külçə platin nümunələri 18 əsrin ortalarında Avropaya gətirilmiş, saf platin metalı isə ancaq 19 əsrin birinci yarısında alınmışdır. Platin çox nadir elementdir. Yer qabığında miqdarı 10−6%-dir. Təbiətdə, əsasən, dəmir, palladium, iridium, rodium, mis və ya nikellə birlikdə tapılır, onlarda platinin miqdarı 65-dən 94%-ə qədərdir. Ən çox yayılmış mineralları poliksen, ferroplatin və palladiumlu platindir. Platin, gümüşü ağ rəngli, çox ağır, dəyərli bir metaldır.
Ağ şam
Ağ şam (lat. Abies) — bitkilər aləminin çılpaqtoxumlular şöbəsinin i̇ynəyarpaqlılar sinfinin i̇ynəyarpaqlılar dəstəsinin şamkimilər fəsiləsinə aid bitki cinsi. == Növləri == Ağ şamağacının Qafqazda bir növü bitir. Həmin növdə Qafqaz aşırımında bitir. Ağ şamağacı 600-700 il yaşayır. Hündürlüyü 55 metrə çatır. Bəzi növlərinin oduncağından musiqi alətləri, mebel hazırlanmasında, sellüloz istehsalında istifadə edilir. Qabığında çoxlu miqdarda qatran vardır. Ağ şamağacının yağı sintetik kamfora almaq üçün xammaldır. Qafqazın qara dəniz sahillərində yaşıllaşdırma məqsədilə əkilir.
Ağ əspərək
Ağ əspərək (lat. Reseda alba) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin əspərəkkimilər fəsiləsinin əspərək cinsinə aid bitki növü.

Digər lüğətlərdə

-ен-(ый) асфальти́ровать заколдо́ванный матема́тика не бо́льший неоко́нченность опа́лубка по-ути́ному покрови́тельственный Я́хве вта́чивать и не чешется кто-л неутоли́мый пантало́ны подрули́ть поздравля́ть преподноси́ться раздои́ться разлома́ться толстоте́лость чёрт супостат ropiness тяжелить хлорпикрин