Anacamptis laxiflora
Anacamptis laxiflora (lat. Anacamptis laxiflora) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin bağ səhləbi cinsinə aid bitki növü.
== Botaniki təsviri ==
Çoxillik, 60-80 sm hündürlükdə olan bitkidir. Kökyumrusu ellipsvari, 2,5 sm-ə qədər uzunluqdadır. Yarpaqları dar xətvarilansetvari, uzunsivridir. Çiçəkqrupu 10- 40 sm uzunluqda, boş yerləşən çiçəklidir. Çiçəkaltlığı lansetvari, iti, sarğıdan uzundur. Çiçəkləri tünd və ya açıq fırfır rənglidir. Dodaqcığı pazvari daralmış, ağtəhər rəngli, 10-15 mm uzunluqda, orta bölümü inkişaf etməmiş ağtəhər rəngli, fırfır ləkəli kənar bölümləri demək olar ki, rombvaridir. Mahmızı silindrvari, əyilmiş, sarğıya bərabərdir.