HOMO…

гомо … (часть сложных слов, означающая: сходный, единый, принадлежащий к одному и тому же)
HOMEOPATİYA
HOMOFONİYA
OBASTAN VİKİ
Homo
İnsan (lat. Homo) — hominidlər fəsiləsinə aid heyvan cinsi.
Homo (dəqiqləşdirmə)
Homo aşağıdakı mənaları verə bilər: Homo- (ὅμο-); “eyni, ər-arvad” mənasındakı Yunanca ön şəkilçiHomo, “homoseksuallıq” sözünün slenq abreviaturası Latın dilində insan Homo, müasir insan növünü (Homo sapiens) də əhatə edən təsnifat termini.
Homo Ludens
Homo Ludens,(lat. “Oynayan insan”) 1938- ci ildə Niderland tarixçisi və mədəniyyətşünası Yohan Heyzinq tərəfindən nəşr olunmuş əsərdir. Əsərdə mədəniyyətin və cəmiyyətin inkişafında oyunun əhəmiyyəti müzakirə edilir. Heyzinq, oyunun mədəniyyətin formalaşması üçün əsas və lazımlı (kifayət qədər olmasa da) şərt olduğunu göstərir. Ludens sözünün ingilis dilində birbaşa ekvivalenti yoxdur, çünki eyni zamanda idman, oyun, məktəb və praktika mənalarını verir. == Təsiri == Homo Ludens, oyun tədqiqat tarixinin vacib hissəsidir. Bu daha sonra Roger Kailua kimi alimlərə təsir etmişdir . Sehrli dairə konsepsiyası Homo Ludensdən ilham alınaraq yaradılıb. Heyzinqin düşüncəsində əsas rol oynamamasına baxmayaraq, daha sonra öyrənmə oyunlarının bir parçası olaraq "Oyun Qaydaları"nda Katie Salem və Eric Zimmermann tərəfindən populyarlaşdırıldı və genişləndirildi. == Önsöz müzakirələri == Heyzinq kitabının ön sözündə, oyunun mədəniyyət elementi olmadığını əksinə mədəniyyətin oyun elementi olduğunu açıqlayır.
Homo Sovieticus
Homo Sovieticus (lat. Homo – insan, Sovieticus – sovet; sovet insanı) — Şərq blokunun formalaşdırdığı zehniyyəti daşıyan insanları təsvir etmək üçün Rusiya yazıçısı Aleksandr Zinovyev tərəfindən irəli sürülmüş termin. Termin Aleksandr Zinovyevin "Homo Sovieticus" adlı kitab yazmasından sonra məşhurlaşmışdır. Əsərə görə bu tip insanlar 1917-ci il oktyabr inqilabı ilə birlikdə SSRİ cəmiyyətində yaranmış yeni insan "tipi"dir. Bundan əlavə "Yeni Sovet insanı" olaraq da bilinir.
Homo antisessor
Homo antisessor — XX əsrin sonlarında İspaniyanın şimalında yerləşən Atapuerko dağlarında 10-12 yaşlı fərdə aid olan qalıqlar aşkar edilmişdir. “Əcdad insan” və ya “Homo antisessor” adlandırılan bu tapıntı Avropa da tapılan ən qədim insan qalıqları hesab olunur. Homo antisessorların təqribən 1,2 milyon-800 min il bundan əvvəl yaşadıqları güman edilir. 2010-cu ilə qədər Homo antisessorların altı fərdinə aid olan 20-yə qədər müxtəlif sümüklər aşkar olunmuşdur. Homo antisessorların əsas morfoloji xüsusiyyətləri aşağıdakılar hesab olunur: 1) Alınları maili olsa da, Homo erqaster və Homo erektusların alnından müəyyən qədər böyükdür; 2) Qaşüstü sümük çıxıntısı zəif inkişaf etmişdir; 3) Sifət skeletləri kifayət qədər kiçikdir, lakin sifətlərində proqnatizm əlamətləri müşahidə olunur; 4) Homo antisessorların digər fərqləndirici xüsusiyyətləri də burun sümüklərinin nazik olmasıdır; 5) Homo antisessorların diş sistemləri müasir insanların diş sistemləri ilə oxşarlıq təşkil edir. İspan tədqiqatçıları Bermindus və Kastro Homo antisessorları morfoloji xüsusiyyətlərinə görə Homo erektuslardan daha çox müasir insanlara yaxın olduğunu bildirmişlər. Tapıntılara əsasən burada kütləvi hannibalizm olduğu müəyyənləşdirilmişdir. 2007-ci ildə Elefante mağarasından aşkar edilmiş olan sümüklərin yaşı təxminən 1 milyon 200 min ildir. Tapıntının qadına aid olması və beyninin həcminin 900 sm³-dən artıq olması müəyyən edilmişdir. Homo antisessorların İspaniyadan şimala doğru yayılması faktını təsdiq edən arefaktlar da tapılmışdır.
Homo erectus
Erektus (lat. Homo erectus) — i̇nsan cinsinə aid nəsli kəsilmiş növ.İlk dəfə 2 milyon il əvvəl ortaya çıxdı və 110.000 il əvvəl yox oldu. Ayrıca Erektus'un insanın da atası olduğu hesab olunur.
Homo ergaster
Afrika ərazisindən tapılmış ilk insanlar tək Homo habilislər hesab olunmur. 1971-ci ildə Keniyada Rudolf gölü ətrafında Kobifor düşərgəsində Luis Likinin Hominidlərə aid aşkar etdiyi alt çənə sümüyü ilk vaxtlar Homo Erektusa aid edilsə də, sonradan onların yeni bir növ təşkil etdiyi müəyyənləşdirildi. 1975-ci ildə bu tapıntı Homo Erqaster (işləyən, yaradan adam) adlandırıldı. Avstralopiteklərlə eyni təbəqədə iki kəllə sümüyünün aşkar olunması nəticəsində insan təkamülünün düz xətlə deyil, sıçrayışla baş verdiyi təsdiq olundu. Yəni, Avstralopiteklərlə eyni təbəqədə Homo Erqasterlərin qalıqları aşkar edildi. 1984-cü ildə Türkanalı oğlan (Turkana Boys) kimi tanınan tapıntı aşkar olundu. Kalium – arqon metodu vasitəsilə tapıntının yaşı 1.5 – 1.6 milyon il bundan əvvələ aid edildi. Homo Erqasterlərin bir çox xüsusiyyətləri Homo Erektuslarla oxşar olsa da, fərqli cəhətləri də var: 1. Kəllə quruluşu fərqlidir. Belə ki, onlarda kəllənin nazik olması, başın arxa hissəsinin böyüklüyü və beyin strukturunda fərqliliklər var.
Homo floresiensis
Homo floresiensis, detalları o qədər də bilinməyən və 15.000 il əvvəl Floresdə yaşayan insan şəklidir. Bu formanın ilk fosilləri 2003-cü ildə kəşf edildiyi və çox az olduğu üçün bu insanlar haqqında məlumatlar çox azdır. Bu insanların əvvəlcə kretinizmə məruz qalan homo sapiensin bir alt növü olduqları düşünülsə də, onların homo erectusun balacalaşmış bir versiyası olduğu fikri də irəli sürülmüşdür. Yeni tədqiqatlar işığında homo floresiensisin bir homo sapiens növü olmaması ehtimalı güclənmişdir, lakin bu insanların spesifik bir “növ” olduğu sübut edilməmişdir. Homo floresiensisin ən əhəmiyyətli xüsusiyyətləri, yetkinlərin təxminən 1 metr boya və 25 kiloqram çəkiyə malik olmasıdır. Bu kiçik ölçülərinə görə J.R.R. Tolkienin Üzüklərin Ağası kitabından ilham alınaraq onlara Hobbit adı verilmişdir. Bundan əlavə, odu yandıracaq qədər ağıllı olmaları, onları kifayət qədər mübahisəli vəziyyətə gətirmişdir.
Homo gautengensis
Homo gautengensis, fiziki antropoloq Darren Curnoe tərəfindən 2010-cu ildə kəşf edilən hominid növüdür. Cənubi Afrikada əvvəllər Homo habilis, Homo ergaster və ya Australopithecusa aid olduğu düşünülən fosillər arasından aşkar edilmişdir. Darren Curnoe tərəfindən Homo cinsinin ilk növü olduğu irəli sürülmüşdür.
Homo georgicus
Gürcü adam (lat. Homo georgicus) — Nəsli kəsilmiş, keçmişdə müasir Gürcüstan ərazidə yaşayan Hominidlərə aid bir növ.
Homo habilis
Homo habilis, bacarıqlı insan, əmək alətləri hazırlaya bilən, düzgün qamətlə yeriyə bilən ən qədim insan. == Ümumi məlumat == Kəllə sümüyünün həcmi Avstralopitekdən iki dəfə böyükdür.[mənbə göstərin] Şimpanzeyə bənzəyən meymun növü olan Avstralopitekdən bugünkü insandan fərqlənməyən skeletə malik Homo erectusa keçid isə təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Bu səbəbdən, "əlaqə"lər, yəni "ara keçid forma"lar lazımdır. Homo habilis anlayışı da məhz bu zərurətdən doğmuşdur. Bacarıqlı insanın beyin həcmi - 600—700 sm³,. boyu - 1,2 metrə qədər,, çəkisi -40-50 kq. təşkil edirdi.. Homo habilis 1960-cı ilin noyabrında "fosil ovçuları" olan Meri Liki və Luis Liki tərəfindən ortaya atıldı. Likilərə görə, Homo habilis kimi tərif etdikləri bu yeni canlı növü dik yerişə, nisbətən böyük beyinə, daş və taxtadan alət hazırlayıb istifadə etmək qabiliyyətinə sahib idi. Bu səbəbdən, insanın əcdadı ola bilərdi.
Homo heidelbergensis
Homo heidelbergensis (heidelberg adamı) ilk dəfə 1907-ci ildə Heidelberg yaxınlığındakı bir daş ocağında çənə sümükləri ilə kəşf edilmişdir. Tapılan çənə müasir insanlarda olduğu kimi balaca dişli olsa da, müasir insanlarınkından fərqli olaraq çənə sümükləri çox geniş və ağır olmuşdur. Homo heidelbergensis növü 600.000-300.000 il əvvəl yaşamışdır, lakin Gran Dolina İspaniyadakı 800.000 illik fosillər Homo heidelbergensisə ya da Homo antisessorun fərqli bir növünə aid ola bilər. Hal-hazırda Homo heidelbergensis olaraq bilinən fosillərin əksəriyyəti, keçmişdə Homo erectus, Homo neandertalensis ya da Archaic sapiens olaraq tanınmışdı, ancaq bu gün onların Homo heydelberqə məxsus olduqlarını bilirik. == Homo heidelbergensis və təkamül == Homo heidelbergensis əvvəlcə Afrikada təkamül etdi və sonra Avropa və Asiyaya yayıldı. Homo heidelbergensisin fərqli coğrafi regionlarda yaşaması, nəticədə onun iki fərqli növə çevrilməsinə səbəb oldu. Avropada yaşayanlar Homo neandertalensisə, Afrikada yaşayanlar Homo Sapiensə (müasir insanlar) çevrildi. Afrikada yaşamış və daha sonra Homo Sapiensə çevrilən Homo heidelbergensis, Homo rhodesiensis də adlandırılmışdır. Ancaq bu mövzuda fərqli bir fikir də var. Gran Dolina İspaniyada tapılan fosillərə əsaslanaraq Gran Dolinadakı qədim Homo heidelbergensis populyasiyasının fərqli bir növ olaraq seçilə biləcəyi qədər fərqli olduğu düşünülür.
Homo longi
Əjdaha adamı və ya elmi adı ilə Homo longi – 1933-cü ildə kəşf edilmiş, lakin ancaq 2018-ci ildə paleoantropoloqlar tərəfindən məlum olan arxaik insan növü. == Taksonomiya == === Kəşfi === Növün kəşfinə səbəb olan kəllə sümüyü fosili 1933-cü ildə Çinin Harbin şəhəri yaxınlığındakı Sunqari çayı üzərindəki Dontsziyan körpüsünün tikintisi zamanı bir fəhlə tərəfindən tapılmışdır. Bu kəşf 1929-cu ildəki Pekin adamı fosilinin kəşfindən cəmi 4 il sonra olduğu üçün işçi tapıntının elmi əhəmiyyət kəsb edəcəyini düşünərək onu tərk edilmiş bir quyunun içində gizlətmişdir. Ölümündən qısa müddət öncə işçi kəşfi barədə 3-cü nəsil ailəsinə bəhs etmişdir və ailə 2018-ci ildə fosilin yerini taparaq quyudan çıxarmışdır. Daha sonra Hebei Universitetinin palentologiya professoru Tsi Qyan fosilin universitet muzeyinə bağışlanması üçün ailəni razı sala bilmişdir.Kəllə sümüyü çox yaxşı qalsa da, kəşfi zamanı heç kim onun hansı növə aid olduğunu müəyyənləşdirə bilməmişdir. Kəllə sümüyü Homo sapiensdəkindən böyük olsa da, beyin ölçüsü eyni idi. Uzun müddətdən sonra aparılan araşdırmalardan sonra fosili analiz edən 3 ayrı elmi məqalə "The Innovation" jurnalında yayımlanmış və növə Homo longi, yəni Əjdaha adamı adı verilmişdir. Bunun səbəbi fosilin kəşf edildiyi Heyluntszyan (çin. 黑龍江) bölgəsinin çin dilində "Qara əjdaha çayı" mənasına gəlməsidir.Fosilin digər əhəmiyyəti isə bu Əjdaha adamının Homo sapiensə Neandertal insandan daha yaxın ola biləcəyi ehtimalını ehtiva etməsidir. === Yaşı === Fosilin əvvəlcə 200-400 min yaşında olduğu təxmin edilirdi.
Homo naledi
Homo naledi — CAR-ın Yohannesburq şəhərinin yaxınlığındaki Rayzinq-Star mağarasında tapılan qalıqların əsasında müəyyən edilmiş nəsli kəsilmiş Homo (İnsan cinsi) növü.Bədən quruluşu ilə kiçik insanlar populyasiyasına bənzəyir. Lakin endokraniumun kiçik olması onu avstralopiteklərə bənzədir. Kəlləsinin quruluşu başqa hominidlərdən çox fərqlənir, müqayisə etdikdə daha çox Homo cinsinin erkən nümayəndələri Erektus, Homo habilis və Homo rudolfensislə oxşarlığlar tapmaq olar. Fosillərin 2.5 million yaşı olduğu təxmin olunur.Naledi Soto dilində "ulduz" deməkdir.
Homo neanderthalensis
Neandertallı, neandertal insanı (latınca: "Homo neanderthalensis" və ya Homo sapiens neanderthalensis) — min əsr əvvəl yaşamış insanların qazıntı ilə tapılmış skelet nümunələri əsasında insan tipi (paleoantroplar), 300—24. Onların nəsli inkişafını (genomunu) araşdıran bir qrup alman alimi maraqlı nəticələr əldə edib. Onlar hesab edirlər ki, ilk dərrakəli adamların bir növü də məhz neandertallı olub. İlk dəfə qalıqları 1856-cı ildə Almaniya ərazisindəki Neandertal vadisində tapılan bu insanabənzər varlıqlar indiyədək insan və meymun arasındakı keçid növ hesab edilirdi. İndi isə Xorvatiyanın Krapin mağarasında 38 min yaşlı neandertal qəbiləsinin üzvlərinin qalıqları üzərində araşdırma aparan Almaniyanın Maks Planka adına Genetika İnstitutunun alimləri əldə etdikləri nəticələrə söykənərək, onların ayrıca “homo sapiens” növü olduğunu deyirlər. Alimlərin təklifi ilə bundan sonra neandertallar “homo sapiens neandertalensis” adlanacaq. Neandertallar xarici görünüşcə orta boylu, cüssəli, iri beyin kütləsinə malik olublar. Onların iri qaş sümüyü və sarı saqqalla örtülü xırda çənəsi olub. Bütün bu anatomik xüsusiyyətlərinə görə neandertalları kretin (bədxasiyyət, ağıldankəm) hesab edirlər. Amma sən demə, bu məsələdə də bir qədər səhvə yol verilib: “homo sapiens neandertalises”in dərrakəsinin az da olsa varlığını sübut edən dəlillər hələ ötən əsrin sonlarından elmə məlumdur.
Homo politikus
Homo politicus siyasi şəxs deməkdir. Siyasi elm konkret olaraq siyasi şəxslə (homo politicus) məşğul olur və onu dərindən öyrənir. Digər tərəfdən, axırı us ilə qurtaran, homo politicus, homo economicus kimi insan növləri müşahidə edilə bilən şeylər deyil. Əslində realda müşahidə olunan, mövcud olan insan bənzərsizdir. Axırı us ilə qurtaran müxtəlif növ insanlar mövcud insanın müəyyən cəhətlərdən tədqiq edilməsinə imkan verən abstraktlardır.
Homo rhodesiensis
Homo rhodesiensis, təsviri Rodeziyalı insan (Rhodesian Man) fosilindən götürülmüş mümkün bir hominini növüdür. Eyni və ya əvvəlki dövrlərin morfoloji baxımından müqayisə edilə bilən qalıqlarına Cənubi Afrika (Hopefield və Saldanha), Şərqi Afrika (Bodo, Ndutu, Eyasi, İleret) və Şimali Afrikada (Salé, Rabat, Dar-es-Soltane, Djbel Irhoud, Sidi Aberrahaman, Tighenif) rast gəlinir. Bu qalıqların yaşı 300.000 ilə 125.000 il arasındadır. Adı Rodeziyalı insan sözündən götürülmüş bu növün fərdləri Zambiyada yaşayırdı və beyin həcmi təxminən 1300 sm³ təşkil edirdi.
Homo rudolfensis
Homo rudolfensis — nəsli kəsilmiş hominid növlərindən biridir. 1972-ci ildə Keniyanın Koobi Fora regionunda antropoloq Richard Leakey və zooloq Meave Leakey tərəfindən tapılmış və KNM-ER 1470 olaraq kodlanan bir kəllə sümüyü fosilindən yola çıxaraq 1986-cı ildə Valery Alekseyev tərəfindən ayrı bir növ olaraq müəyyən edilmişdir.
Homo sapiens
İnsan və ya adam, həmçinin müasir insan (taksonomik adıyla Homo sapiens) — Dik duruşa, nisbətən inkişaf etmiş bir beyinə, mücərrəd düşünmə qabiliyyətinə, danışma (dil istifadə etmə) qabiliyyətinə sahibdir. Bu qabiliyyətləri dünyadakı digər növlərdən fərqli olaraq istifadə məqsədi geniş alətlər istehsalına imkan yaratmışdır. Özünün fərqində olması, rasionallığı və zəkası kimi yüksək səviyədə düşünməsini təmin edən xüsusiyyətlər insanı "insan" edən xüsusiyyətlər olaraq sayılmaqdadır. == Təkamül == === İlk insanabənzər canlı === İnsanın əcdadı ilə əlaqədar çalışmalar daha çox Homo cinsi ətrafında cəmləşsə də, sıxlıqla Australopithecus kimi digər hominid və homininləri də əhatə edir. Fosil qeydlərinə görə anatomik olaraq müasir insan tərifinə uyğun olan ən qədim fosillər 195 000 il əvvələ aiddir və Afrikada tapılıb. Müasir tipdə Homo sapiens altnövünün ilk irqi olan kromanyon insanı isə günümüzdən 50 min il öncə ortaya çıxmışdır. İnsanın təkamülünə dair qəbul görən başlıca iki fərziyyə vardır. Bunların birincisi müasir insanın Afrikada ortaya çıxıb dünyaya yayıldığını önə sürən "tək mənşə" fərziyyəsi, digəri isə fərqli bölgələrdə təkamül edərək müasir insana çevrildiyini önə sürən "çoxlu bölgə " fərziyyəsidir. Müasir insanın və digər insanabənzər meymunların ilk ortaq əcdadı qəbul edilən iki ayaq üzərində dura bilən və gözləri irəli baxan canlının bundan təxminən 6.5 milyon il öncə Afrikada ortaya çıxdığı təxmin edilməkdədir. Bu canlının ağaclardan enib ayaq üstə durmağa başlamasının səbəbinin iqlim dəyişikliyiylə bağlı quraqlıq, qida qıtlığı və köç məcburiyyəti ola biləcəyi düşünülür.
Homo economicus
Homo economicus (latın dilindən – «iqtisadi insan») — insanların daim rasional və dar mənada şəxsi maraqları olan, subyektiv olaraq müəyyən edilmiş məqsədlərini optimal şəkildə həyata keçirən subyektlər kimi təsviri. Bu, bəzi iqtisadi nəzəriyyələrdə və pedaqogikada istifadə edilən Homo sapiens haqqında söz oyunudur.Oyun nəzəriyyəsində Homo economicus çox vaxt mükəmməl rasionallıq fərziyyəsi ilə modelləşdirilir. Burada güman edilir ki, subyektlər həmişə istehlakçı kimi faydalılığı və istehsalçı kimi mənfəəti maksimuma çatdıracaq şəkildə hərəkət edirlər. Onlar bu məqsədlə özbaşına mürəkkəb deduksiyalar həyata keçirə bilirlər. Onlar həmişə bütün mümkün nəticələr üzərində düşünməyə və mümkün olan ən yaxşı nəticəyə gətirib çıxaracaq hərəkət istiqamətini seçməyə qadir olurlar. İnsan davranışına dair bir nəzəriyyə olaraq, bu, koqnitiv qərəzlərini və digər irrasionallıqları araşdıran davranış iqtisadiyyatı anlayışlarına, idrak və vaxt məhdudiyyətləri kimi praktik elementlərin subyektlərin rasionallığını məhdudlaşdırdığını fərz edən məhdud rasionallığa ziddiyyət təşkil edir. == Termin tarixi == "İqtisadi insan" termini ilk dəfə XIX əsrin sonlarında Con Stüart Millin siyasi iqtisad üzrə işini tənqid edənlər tərəfindən istifadə edilmişdir. Millin burada istinad edilən yazısı belədir: Adam Smit "Əxlaqi hisslər nəzəriyyəsi" əsərində fərdlərin başqalarının rifahına simpatiya bəslədiyini iddia etmişdi. Digər tərəfdən, Smit "Millətlərin sərvəti"ndə yazırdı: Homo economicus anlayışının neoklassik nəzəriyyədə ilkin rolu milli iqtisadiyyatda və adi vətəndaşların rifahında daha da artımı sürətləndirmək üçün qanunların və prinsiplərin kəşf edilməsi haqqında ümumi məqsədi əhatə etmək üçün ümumiləşdirilmişdir. Bu qanunlar və prinsiplər iki idarəedici faktor ilə – təbii və sosial faktorlar ilə müəyyən edilirdi.
Homo sapiens idaltu
Homo sapiens idaltu, Homo sapiens (insan) növlərinin üçlü adlandırılmış, nəsli kəsilmiş yarımnövlərindəndir. 1997-ci ildə kəşf edilmişdir. Təxminən 160.000 il əvvəl Pleystosen dövründə Afrikada yaşamışdır. Latın dilində termin olan Homo sapiens idaltu, təxminən “müdrik qoca” kimi tərcümə olunur. Efiopiyada tapılan yetkin kişi fosilinin beyin həcmi 1450 sm³-dir.
Homo sapiens sapiens
Homo sapiens, Homo sapiens (insan) növlərinin üçqat adlandırılmış alt növlərindən biri, müasir insan. Homo sapiensin nəsli kəsilməmiş yeganə növüdür. 1997-ci ildə kəşf olunan yaxın qohumu Homo sapiens idaltu, təxminən 160.000 il əvvəl Afrikada yaşamışdır. Homo sapiens sapiens "düşündüyünün üstündə düşünə bilən insan" deməkdir. Bu fikri ilk dəfə Rene Dekart irəli sürmüşdür. Müasir insan bu gün bu alt növə aiddir, lakin çox vaxt sadəcə Homo sapiens olaraq adlandırılır.
Acacia homomalla
Acacia binervia (lat. Acacia binervia) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. == Arealı == Avstraliya üçün endemik növdür. == Sinonimləri == Acacia cinerascens DC. Acacia glaucescens Willd. Acacia glaucescens var. leucadendron (Benth.) Domin Acacia homomalla Wendl. Acacia leucadendron Benth. Mimosa binervia Wendl.
Alyssum homolocarpum
Anthemis homogamos
Anthemis homogamos (lat. Anthemis homogamos) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin anthemis cinsinə aid bitki növü.
Azərbaycanda homoseksualizm tarixi
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır. == Qədim dövr == Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır. Heradot skiflər haqqında yazırdı: “Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar”. Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir. == Orta əsrlər == === Qafqaz Albaniyasında === IV əsrdən etibarən Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini elan olunur.
Azərbaycanda homoseksuallıq
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır. == Qədim dövr == Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır. Heradot skiflər haqqında yazırdı: “Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar”. Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir. == Orta əsrlər == === Qafqaz Albaniyasında === IV əsrdən etibarən Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini elan olunur.
Azərbaycanda homoseksuallığın tarixi
Azərbaycanda homoseksuallığın tarixi — müxtəlif dövrlərdə Azərbaycan cəmiyyətində (İran Azərbaycanı və Arran) homoseksuallıqla bağlı məlumatları əhatə edir. Antik və orta əsrlər dövrlərinə aid məlumatlar əsasən hakim təbəqə və saraylara aid olsa da, sonrakı dövrlərdə geniş xalq kütlələri arasında da bu cür münasibətlərin olması haqqında məlumatlar vardır. == Qədim dövr == Azərbaycan ərazisində ən qədim dövrlərdə eynicinsli münasibətlər haqqında məlumat verən qədim mənbələr yoxdur. Azərbaycan zərdüştiliyin geniş yayıldığı ərazilərdən biri olmuşdur. Zərdüştlük dinində homoseksuallıq ölümlə cəzalandırılırdı.E.ə. VII əsrdə Azərbaycan ərazisinə skiflər köç edir. Skiflərin Azərbaycanda qurduğu dövlət tarixi mənbələrdə İşquz adlandırılır. Heradot skiflər haqqında yazırdı: “Skiflərdə qadına bənzər kişilər Afroditin verdiyi istedadla mükəmməl hörgülər hazırlayırdılar”. Digər ədəbiyyatlarda bu ənənənin şamanlardan keçdiyi deyilir. == Orta əsrlər == === Qafqaz Albaniyasında === IV əsrdən etibarən Qafqaz Albaniyasında xristianlıq rəsmi dövlət dini elan olunur.
Ermənistanda homoseksualizm tarixi
Ermənistanda LGBT tarixi — müxtəlif dövrlərdə erməni cəmiyyətində homoseksuallıqla bağlı məlumatları əhatə edir.Ermənistan Respublikasının qurulmasından sonra konstitusiyanın homoseksualizm əleyhinə 116-cı maddə nəzərdə tutulmuşdu. 2003-cü ildə homoseksuallığı qadağan edən qanun Robert Koçaryan tərəfindən Cinayət Məcəlləsindən çıxarılmışdır. == Qədim dövr == İkiçayarası xalqlarının ən qədim nəsr nümunələrindən olan Gilqameş dastanında xalq qəhrəmanı Gilqameşla güclü döyüşçü Enkidu arasındakı əfsanəvi məhəbbətdən söz açılır. Sevgilisi Enkidunun ölümü bu cür təsvir edilir: "Gilqamış özünü yerə çırpır, paltarlarını cırır, saçlarını yolur". Bu dastan bir müddət sonra Mesopotamiya taryfalarının ünsiyyətdə olduğu bütün yaxın ərazilərdə sürətlə yayılmış və şöhrət qazanmış, həmçinin Erməni ədəbiyyatına da təsir göstərmişdir.E.ə IV əsrdə Makedoniyalı İsgəndərin geniş Əhəməni torpaqlarını da imperiyasının tərkibinə qatması bu ərazilərdə yeni mədəniyyətin yayılması ilə müşahidə edilir. Böyük İsgəndərin yürüşləri nəticəsində yayılan Ellinizm mədəniyyəti, Qədim Yunanıstan mədəniyyətindən gələn homoseksual münasibətlərin təbliği və yayılmasında ciddi rol oynamışdır. Romanın Ermənistana yürüşləri və bu ərazini əsarəti altına alması, imperator Adrianın (117–138) öz həmcinsiylə təntənəli şəkildə evləndiyi dövrə təsadüf edir.B.e. III əsrindən etibarən Ermənistanda Maniçilik yayılmağa başlayır və sonradan manixeylər cinsi nizamsızlıq və homoseksuallıqda günahlandırılırlar. == Orta əsrlər == VIII əsrdən Ermənistanın Ərəb Xilafətinin tərkibinə daxil olur. İslam dini eynicinsli əlaqələri birmənalı olaraq qadağan etsə də, hakim dairələrdə və saraylara bu cür əlaqələrin gizli olaraq davam etdirilməsi haqqında bəzi məlumatlar dövrümüzə çatmışdır.
контрибу́ция мице́ллы наи́б оде́рживаться рок-музыка́нт стено́й экспериментали́стка ве́ртельный наи́гранно нау́чно-теорети́ческий пошеве́ливать при́ма-балери́на табу́нщицкий Еремия процент толк ballistic cockroach Esculapius hasher mellifluence radio star underofficer космоплавание прочертить