Azərbaycan dilinin dialektoloji lüğəti.

  • I (Xaçmaz, Salyan, Şəmkir) alt tumanın və ya şalvarın ortası. – Gədənin şalvarının ağı cırılıf, mərəkədə biyavır oluf (Şəmkir) II (İmişli) var-dövlət,

    Tam oxu »
  • AĞABABA

    (Təbriz) baba. – Mə:m ağababam hamıdan böyüx’ iydi

    Tam oxu »
  • AĞABACI

    (Quba) böyük bacı

    Tam oxu »
  • AĞABAJI

    (Basarkeçər) böyük qardaşın arvadına müraciətlə deyilən söz. – Ağabajım öydə yoxdu, odune:dif

    Tam oxu »
  • AĞABİLMƏZ

    (İmişli) bilinməyən, hiss olunmayan. – Çovannar görürdün ki, cəmdəyin ağabilməz yerinnən kəsif götürürdülər

    Tam oxu »
  • AĞACAN

    (Təbriz) nənə. – Mən yayda ağacanımın yanında olurdum

    Tam oxu »
  • AĞACAYAĞ

    (Salyan) yüngülxasiyyət. – Sadığ ağacayağ adamdı

    Tam oxu »
  • AĞACBƏLGƏ

    (Bakı) əlbəyaxa vuruşma

    Tam oxu »
  • AĞACOTU

    (Qubadlı) ağacın haçası arasında bitən mamır

    Tam oxu »
  • AĞADADAŞ

    (Təbriz) böyük qardaş. – Mə:m ağadadaşım Təbrizdə olurdi

    Tam oxu »
  • AĞADAYI

    (Bakı, Xaçmaz) üzüm növü adı. – Ağadayı çux şirin uladı (Xaçmaz)

    Tam oxu »
  • AĞAİNNƏ

    (Zəngibasar) nənə. – Mən ağainnəmi görməmişəm

    Tam oxu »
  • AĞAJAYAX

    (Xanlar) gəzəyən. – Denən, ay süngüsarın oğlu, bu qoja vaxtında az ağajayax olsana

    Tam oxu »
  • AĞAMƏT

    (Ağbaba) toydan bir neçə gün qabaq qız evinə aparılan yemək şeyləri (un, qoyun, meyvə və s.). – Böyün ağamət aparıllar

    Tam oxu »
  • AĞAMİRİ

    (Göyçay, Mingəçevir) üzüm növü adı. – Bu il ağamiri üzümü çoxdu (Göyçay)

    Tam oxu »
  • AĞAMİRZƏ

    (Zəngibasar) böyük qayın. – Ağamirzəm məni şə:rə aparmışdı

    Tam oxu »
  • AĞANAX

    (Ağdaş, Göyçay, Kürdəmir, Mingəçevir) yayda camışların yatdığı bulanıq, palçıqlı gölməçə

    Tam oxu »
  • AĞANƏNƏ

    (Ordubad) nənə; atanın anası. – Atanın anasına bizlər ağanənə deyərıx

    Tam oxu »
  • AĞARAN

    (Lənkəran) süd məhsulları. – Ağaran olmaseydi, uşağlar korruğ çəkərdi

    Tam oxu »
  • AĞARTDAMAX

    (Qazax) təmizləmək. – Zoğalı ağartda, mürəbbə pişirəx’

    Tam oxu »
  • AĞARTMAĞ

    I (Kürdəmir) məc. açmaq, gizli saxlanmalı bir məsələni açmaq. – Məsələni ağartma, qoy üstüörtülü qalsın II (Bakı) bir məsələni həddindən artıq şişirtm

    Tam oxu »
  • AĞARTMAX

    (Çənbərək) üyütmək. – Beyjə iki dağar arpa ağartdım

    Tam oxu »
  • AĞAŞDI

    (Qazax, Şəmkir) məc. irigövdəli, iriboylu, irisümüklü. – Maşallah, ağaşdı uşaxdı (Qazax); – Ağaşdı heyvan olduğuna görə elə görülür, yoxsa qoja heyvan

    Tam oxu »
  • AĞAVUŞ

    (Dərbənd, Xaçmaz) ağımtıl. – Zərlünü qizinü ağavuş parçadan bir künneği var, lap xuşumə gələdü (Dərbənd)

    Tam oxu »
  • AĞBAĞIR

    (Ağdam, Bərdə, Şuşa, Tərtər) qorxaq. – Əşi, onnan işiηiz olmasın, o, ağba- ğırın biridi, onu aparsaηız, yolda özüηüzə əngəl olar (Ağdam)

    Tam oxu »
  • AĞBAJI

    (Gəncə) dayıarvadı

    Tam oxu »
  • AĞBAŞDI

    (Şərur) aşpaz. – Şə:rdə yeməyi ağbaşdı bişirir

    Tam oxu »
  • AĞBUĞUŞ

    (Füzuli) ipəkqurdu xəstəliyinin adı. – İpəx’qurdu toflanıf şişir, belinnən ağ irin olur, süt kimi tökülür, buna ağbuğuş de:lir

    Tam oxu »
  • AĞBUYNUZ

    (Qazax) qabığı soyulmuş quru ağac. – Meşədən xeyli ağbuynuz gətirdim

    Tam oxu »
  • AĞCABAŞ

    (Gədəbəy) yabanı bitki adı. – Uşax ge:f düz bir şələ ağcabaş yığıf dünənnəri; Ninə:cə’x’siη, buğartana yığıf o ağcabaşdarı?

    Tam oxu »
  • AĞCAĞAN

    (Xanlar, Oğuz) meşə ağacı adı. – Ağcağan ağacınnan haravanın bə:zi yerrəri düzəlir

    Tam oxu »
  • AĞCAĞAŞ

    (Xanlar) ağcaqayın. – Ağcağaş da deyrəx’, ağcaqayın da deyrəx’

    Tam oxu »
  • AĞCAQIZ

    (Salyan) üzüm növü adı. – Ağcaqızın giləsi çox iri olur

    Tam oxu »
  • AĞCAQOTAN

    (Göyçay) quş adı

    Tam oxu »
  • AĞCAQURA

    (Göyçay) tezyetişən üzüm

    Tam oxu »
  • AĞCAVAZ

    I (Qubadlı) soyuqdəymə ◊ Ağcavaz olmax (Cəbrayıl) – soyuqlamaq. – Şaxda:n altda ağcavaz oldux II (Şəki) ağtəhər

    Tam oxu »
  • AĞCAVAZA

    (Qazax) solğun, rəngi qaçmış. – Telli uşaxlıxdan elə ağcavaza şeydi

    Tam oxu »
  • AĞCƏVƏZƏ

    (Basarkeçər) bax ağcavaz II. – Ağcəvəzə olan mal qalır saralır

    Tam oxu »
  • AĞCOĞAN

    (Qazax) dərman bitkisi adı

    Tam oxu »
  • AĞCOQQAR

    (Mingəçevir) quş adı

    Tam oxu »
  • AĞÇAVƏZƏ

    (Daşkəsən) b ax ağcavaz I ◊ Ağçavəzə olmax – soyuqlamaq. – İnəy ağçavəzə olanda çulitirənnən ağzına atanda sağaley

    Tam oxu »
  • AĞÇƏMRƏ

    (Salyan) xəmir mayası

    Tam oxu »
  • AĞÇÖƏZƏ

    (Borçalı) zəif (heyvan haqqında). – O inək ağçöəzədi, heç sənə xe:r verməz

    Tam oxu »
  • AĞDƏN

    (Culfa) arpa-buğda. – Bu il ağdən yaxşıdı

    Tam oxu »
  • AĞDİZDİX’

    (Oğuz) kişi alt tumanı. – Ağdizdiyi yayda geymillər

    Tam oxu »
  • AĞDÖŞ

    (Salyan) porsuq. – Bossana ağdöş dadanıb

    Tam oxu »
  • AĞGÖZ

    I (Şamaxı) tənbəl (heyvan haqqında). – Bı öküz ağgözzi II (Ağdam) xəsis. – Məhiş ağgöz adamdı III (Salyan) qeyri-məhsuldar, münbit olmayan

    Tam oxu »
  • AĞGÜZ

    (Quba) 1. yaxşılıq bilməyən 2. xeyir verməyən 3. pisxasiyyətli. – Ağgüz adamnan hiç dusduğ eləmə, unun heç işin bilmağ ulmiyədi

    Tam oxu »
  • AĞIL

    (Balakən, Biləsuvar, Cəbrayıl, Əli Bayramlı, Şəki, Zəngilan) 1. yayda malqara saxlamaq üçün ətrafı hasarlanmış üstü açıq yer (Balakən, Biləsuvar, Cəbr

    Tam oxu »
  • AĞIN-DAĞIN

    ağın-dağın çıxarmağ: (Salyan) özbaşınalıq etmək, həddini aşmaq. – Sən də lap ağın-dağın çıxarmısan ha!

    Tam oxu »