Azərbaycan dilinin izahlı lüğəti

  • QİBLƏ

    is. [ər.] 1. Namaz qılarkən müsəlmanların üzlərini çevirdikləri tərəf (Məkkədə müqəddəs sayılan Kəbə adlı binanın səmti)

    Tam oxu »
  • QİBLƏGAH

    is. [ər. qiblə və fars. …gah] 1. din. Qiblə yeri, qiblə tərəfi (bax qiblə 1-ci mənada). 2. Keçmişdə padşahlara verilən ünvanlardan biri

    Tam oxu »
  • QİBLƏNÜMA

    is. [ər. qiblə və fars. …nüma] Kompasın köhnə adı. O zamanlar hələ yoxmuş qiblənüma; Bilən yoxmuş elmin böyük qüdrətini

    Tam oxu »
  • QİBT

    is. [ər.] Sonralar ərəblərlə qarışmış qədim Misir əhalisinin adı

    Tam oxu »
  • QİBTƏ₂

    is. [ər.] Kompas, qibləni göstərən

    Tam oxu »
  • QİBTƏ₁

    is. [ər.] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həs

    Tam oxu »
  • QİBTƏKEŞ

    sif. [ər. qibtə və fars. …keş] Qibtə çəkən, qibtə edən

    Tam oxu »
  • QİBTİ

    is. [ər.] 1. Qibt qövmünə mənsub olan adam (bax qibt). 2. Misirdən keçərək, Avropanın bəzi ölkələrinə yayılmış qaraçılara verilən ad

    Tam oxu »
  • QİDA

    is. [ər.] 1. İnsan və heyvan orqanizminin və bitkilərin yaşaması üçün lazım olan bəsləyici maddələr, yeyilən və içilən şeylər

    Tam oxu »
  • QİDALANDIRICI

    sif. Qida verən, bəsləyici, qida üçün yararlı, cana faydalı. Qidalandırıcı maddələr

    Tam oxu »
  • QİDALANDIRILMA

    “Qidalandırılmaq”dan f.is

    Tam oxu »
  • QİDALANDIRILMAQ

    məch. Qida verilmək, yedirilib-bəslənilmək; yedirilmək, bəslənmək

    Tam oxu »
  • QİDALANDIRMA

    “Qidalandırmaq”dan f.is

    Tam oxu »
  • QİDALANDIRMAQ

    f. Qida vermək, yedirib-bəsləmək, yedirmək. Uşağı vaxtlıvaxtında qidalandırmalı. Bədəni qidalandıran maddələr

    Tam oxu »
  • QİDALANMA

    “Qidalanmaq”dan f.is

    Tam oxu »
  • QİDALANMAQ

    f. Qida almaq, bəslənmək, qida ilə təmin olunmaq, qida kimi qəbul etmək, yeyib-içmək. Meyvə ilə qidalanmaq

    Tam oxu »
  • QİDALI

    sif. Tərkibində bəsləyici maddələr olan, orqanizmi qidalandıran. Qidalı yemək. Qidalı yemlər. Qidalı maddələr

    Tam oxu »
  • QİDALILIQ

    is. Qidalı olma, bəsləyici olma; bəsləyicilik; qidalı şeyin keyfiyyəti. Yeməyin qidalılığı. Yemin qidalılığı

    Tam oxu »
  • QİDASIZ

    sif. Qidası olmayan, tərkibində qida maddələri olmayan və ya çox az olan. Qidasız maddə. Qidasız yemək

    Tam oxu »
  • QİDASIZLIQ

    is. Qidasız şeyin keyfiyyəti; qidanın, qida maddələrinin olmaması, ya azlığı

    Tam oxu »
  • QİLAF

    is. [ər.] Qın, silah qabı. Onlar öz bəxtlərini bir daha sınamaq üçün qılınclarını qılafından çıxarmaq istəyirlər

    Tam oxu »
  • QİLAFLI

    sif. Qilafı olan, qınlı

    Tam oxu »
  • QİLMAN

    is. [ər.] Dindarlara görə, cənnət xidmətçiləri, behişt xidmətçiləri

    Tam oxu »
  • QİLÜ QAL

    is. [ər.] Mübahisə, dedi-qodu, söz, danışıq. Mehrü məhəbbətin gecə bu minval; Çıxar aralıqdan olan qilü qal

    Tam oxu »
  • QİLÜ QALÇI

    sif. və is. Qilü qal salan, qalmaqalçı, davakar, dava-dalaş salan, səsküy salan

    Tam oxu »
  • QİLÜ QALÇILIQ

    is. Qilü qal salan adamın xasiyyəti; qalmaqalçılıq, səs-küy salma, dava-dalaş salma, davakarlıq

    Tam oxu »
  • QİNA₂

    is. [ər.] köhn. 1. Qənaətlənmə. 2. Zənginlik, var-dövlət. 3. Sərvət

    Tam oxu »
  • QİNA₁

    is. [ər.] köhn. Xanəndəlik; nəğmə, hava oxuma; vokal. Avropa səliqəsi ilə keçilən qina dərsləri oxuyanın avazını qüvvətləndirir, səsini artırır və göz

    Tam oxu »
  • QİRAƏT

    is. [ər.] Müəyyən üsul və qayda ilə oxuma. Qiraət dərsi. – …Axşam vaxtı oraya adamlar cəm olub, söhbətə, qiraətə, musiqiyə məşğul olurlar

    Tam oxu »
  • QİRAƏTÇİ

    is. Qiraətlə, mütaliə ilə məşğul olan adam; oxucu

    Tam oxu »
  • QİRAƏTXANA

    is. [ər. qiraət və fars. …xanə] Qiraətlə məşğul olmaq üçün yer (bina, zal, otaq və s.). Klub qiraətxanası

    Tam oxu »
  • QİRAƏTXANAÇI

    is. Qiraətxana müdiri, qiraətxana işçisi

    Tam oxu »
  • QİSAS

    is. [ər.] İntiqam; edilmiş pisliyin, düşmənçiliyin əvəzini çıxma, qanını yerdə qoymamaq. Qisas almaq

    Tam oxu »
  • QİSASÇI

    is. Qisas almağa çalışan, intiqama can atan. Məndən də nə zalım çıxar, oğlum, nə qisasçı; Bir dəfə bunu anla, ipəkdən qəzil olmaz

    Tam oxu »
  • QİSASÇILIQ

    is. Qisasçının niyyəti, işi, hərəkəti, qisas almağa yönəldilmiş fəaliyyət. Qisasçılıq siyasəti

    Tam oxu »
  • QİSİM

    is. [ər.] 1. Bütöv bir şeyin ayrı-ayrı parçası; hissə. Məhsulun bir qismi toplanmışdır. Mətnin bir qismi yığılmışdır

    Tam oxu »
  • QİSİM-QİSİM

    sif. [ər.] Cürbəcür, növbənöv, müxtəlif. Yaqo … Kassio Dezdemonanın mabeynində məhz ülfət və məhəbbət olduğunu qisim-qisim dəlillər ilə ərəbə sübut qı

    Tam oxu »
  • QİSMƏN

    zərf [ər.] Bir şeyin hamısı yox, bir hissəsi; tamamilə yox, bir qədəri; bir qədər. Məsələ qismən həll edildi

    Tam oxu »
  • QİSMƏT

    is. [ər.] 1. Tale, nəsib, qədər, bəxt; bəxtə çıxan şey. [Falçı qarı:] Ay cavan, atdan düş, bir falına baxım

    Tam oxu »
  • QİSSƏ

    is. [ər.] Rəvayət edilən doğru və ya uydurma hekayə, əhvalat; nağıl, hadisə, vaqiə, qəziyyə. Sorma bu gecə silsileyi-zülfi-siyahın; Tulani olan qissəd

    Tam oxu »
  • QİSVƏT

    is. 1. Kobudluq, qabalıq. 2. Daşürəklik, zalımlıq

    Tam oxu »
  • QİŞA

    is. [ər.] anat. Canlı orqanizmin hər hansı bir hissəsinin üstünü örtən bəzi toxumaların adı; örtü, zar, pərdə, təbəqə

    Tam oxu »
  • QİŞALI

    sif. anat. Qişa ilə örtülmüş; pərdəli, örtülü

    Tam oxu »
  • QİTƏ

    is. [ər.] 1. coğr. Yer kürəsinin, okean və dənizlərlə əhatə olunmuş böyük hissələrindən hər biri. Asiya qitəsi

    Tam oxu »
  • QİTƏLƏRARASI

    sif. Yer kürəsinin qitələri arasında hərəkət edən, bir qitədən digər qitəyə, yaxud qitələrə gedib çatan

    Tam oxu »
  • QİYABİ

    sif. [ər.] 1. İşə münasibəti olan şəxsin özü olmadığı və iştirak etmədiyi halda baş verən, görülən. Qiyabi mühakimə

    Tam oxu »
  • QİYABİÇİ

    is. və sif. Qiyabi təhsil alan (tələbə)

    Tam oxu »
  • QİYAFƏ

    [ər.] bax qiyafət. Hələ içəridə qrim vurub, qiyafəsini dəyişdirib qapıdan çıxanda tanıya bilsən, qoçaqsan! – dedi

    Tam oxu »
  • QİYAFƏT

    is. [ər.] Paltar, geyim, üst-baş. Böyükxanım da Münəvvərin əlbisə və qiyafətini mülahizə edib dərin-dərin düşünürdü

    Tam oxu »
  • QİYAQ

    is. bot. Nazik şüy şəklində bitən yarpaqsız ot bitki. [Tarverdi] … yaşıl qiyağa qarışmış ala, qırmızı çiçəkləri yerə tökürdü

    Tam oxu »