ASAYİŞ

is. [ fars. ] Əmin-amanlıq, dinclik, sakitlik, nizam və qayda. Asayişi bərpa etmək. Asayişi pozmaq. Asayişi qorumaq.
– Elmlər sayəsində … insan övladının xoşbəxtlik və asayişinə səbəb olan nəcib icadlar meydana gəlmişdi. M.F.Axundzadə.
Şəhərdə asayiş və əmniyyəti pozmaq … istəyənlər olduğu yerində cəzalanacaqdır. M.S.Ordubadi.

// İstirahət.
Rota bu gün vuruşurdu, sabah asayişdə olurdu, bir müddət sonra yenə cəbhəyə gedir, sonra yenə arxaya düşürdü. Mir Cəlal.

// Rahatlıq.
Könül asayişi, canın rahəti; Gülgəz zənəxdanda, tər zəğəndədir. M.P.Vaqif.
Gözlərindən məni-bədbəxtə bir asayiş yox; Uddurur qan gecələr ol iki bimar mənə. Q.Zakir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ASAYİŞ asayiş bax əmin-amanlıq
  • ASAYİŞ dinclik — sakitlik — əmin-amanlıq
ASAR
ASBÉST
OBASTAN VİKİ
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı
"İctimai asayişin qorunmasında əla xidmət etməyə görə" medalı - SSRİ Ali Sovetinin 1 noyabr 1950-ci il tarixli qanunu ilə təsis olunmuş SSRİ medalı == Xarici keçidlər == "Медаль «За отличную службу по охране общественного порядка»". Ордена и медали СССР. 2012-03-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 08 января 2008.
Yezidxan asayişi
Yezidxan Asayişi (kürd. Asayîşa Êzîdxanê; mənası – "Yezidxan Təhlükəsizlik Qüvvələri") — PKK-ya bağlı Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda polis qüvvələri. Bu qüvvələr yezidilərin təşkilatıdır və məqsədi azlığın hüquqlarını qorumaqdır. Onun Sincarda PKK-nın təlim keçdiyi polis təlim məntəqəsi var. Qüvvə İraq hökumətindən də rəsmi maliyyə yardımı alır. Yezidxan Asayişi rəsmi olaraq Sincar Müqavimət Birliklərinə tabe deyil və institusional güclərdən asılılığı azaltmağa çalışır. 2014-cü ilin avqustunda "Peşmərgə" qoşunlarının geri çəkilməsi nəticəsində "Peşmərgə"nin müdafiə xətlərini aşaraq yezidilərin yaşadığı ərazilərə keçən İŞİD yezidilərə soyqırımı törətmiş, buna görə də rəsmi güclərə inam azalmışdır. Yeni qurulan qüvvələrin məqsədi, yezidilərin ölkəyə geri qayıtmasını təmin etmək üçün PKK və Sincar Müqavimət Birliklərinin nəzarətində olan regionlarda təhlükəsizlik yaratmaqdır. Son zamanlar yezidilərin təxminən 90%-i hələ də Sincara qayıtmamışdırb.İraq Kürdüstanı bölgəsinin Kürdüstan Demokrat Partiyası (KDP) ilə gərginlik var, çünki KDP yenidən Sincar dağlarında hökmranlıq etmək istəyir. Bir çox yezidi buna görə xəyanətə uğramış hiss edir və özünümüdafiə və qətiyyətə üstünlük verir.

Digər lüğətlərdə

бурья́нистый госпита́льные заваля́щий задава́ла мо́да обе́льный опьяне́лый развра́тник разма́лываться рефлексо́лог самоуби́йственно брасле́т проголоси́ть реструктуризова́ться ванда bitter aloe compendia difference gauge penality prodgy three-ply алхимия ковбой нигде поддерживать