QULUNC

QULUNC is. [ər. əsli yun.] Soyuqdəymə nəticəsində əksərən kürək əzələlərində əmələ gələn ağrı. [Sübhanverdizadəyə] elə gəldi ki, onun quluncu bərk sancır, kürəyi qovuşur, ürəyi qalxır, dizləri qopur, beli sınır. S.Rəhimov. _ Qulunc olmaq – soyuq dəymək nəticəsində kürək əzələlərində ağrı əmələ gəlmək. Bəli, səs düşür ki, şeyx cənablarına soyuq dəyib və qulunc olub. C.Məmmədquluzadə. Quluncunu sındırmaq (ovmaq, tutmaq) – ağrını sakit etmək üçün kürək əzələlərini tutub ovmaq, sıxmaq. [Allahqulu:] ..Deyir ayağımı ov, ovuram, deyir quluncumu sındır, quluncunu sındırıram, bundan nə çıxar? N.Vəzirov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

QULUNC боль, ломота в спине от простуды, мышечная боль под лопаткой ətraflı

Author: Obastan; Publisher: Obastan