Azərbaycan dilinin frazeologiya lügəti

  • ADƏM ALMASI

    insanı günaha sövq edən şey.

    Tam oxu »
  • ADI BATMAQ

    biabır olmaq, rüsvay olmaq; ~ nüfuzdan düşmək.

    Tam oxu »
  • ADI ÇIXMAQ

    qazandığı ada layiq olmamaq, heç nədən məşhurlaşmaq.

    Tam oxu »
  • ADI DƏFTƏRƏ DÜŞMƏK

    hər hansı məqsədlə qeydiyyata alınmaq; nəzarətə götürülmək.

    Tam oxu »
  • ADI DİLLƏRDƏ DASTAN OLMAQ

    məşhurlaşmaq, şöhrəti hər tərəfə yayılmaq; ~ adı dillərə düşmək.

    Tam oxu »
  • ADI DİLLƏRƏ DÜŞMƏK

    məşhurlaşmaq, şöhrəti hər tərəfə yayılmaq; ~ adı dillərdə dastan olmaq, adı dünyanı tutmaq.

    Tam oxu »
  • ADI DÜNYANI TUTMAQ

    məşhurlaşmaq, şöhrəti hər yana yayılmaq; ~ adı dillərdə dastan olmaq, adı dillərə düşmək.

    Tam oxu »
  • ADI HALLANMAQ

    adı tez-tez çəkilmək; barəsində xoş olmayan şeylər danışılmaq.

    Tam oxu »
  • ADI İLƏ BÖYÜSÜN

    “ömrü uzun olsun” mənasında işlədilərək alqış bildirən ifadə, nitq etiketi.

    Tam oxu »
  • ADI İT DƏFTƏRİNDƏ OLMAMAQ

    çox hörmətsiz, avara, işsiz-gücsüz olmaq, sayılmamaq.

    Tam oxu »
  • ADI QALMAQ

    adı olub özü olmamaq, fəaliyyət göstərməmək.

    Tam oxu »
  • ADI QARA GƏLMƏK

    ölmək, yası tutulmaq, yası saxlanmaq (daha çox “adı(n) qara gəlsin” şəklində qarğış kimi işlənir).

    Tam oxu »
  • ADI QIZIL HƏRFLƏRLƏ YAZILMAQ

    yaddaqalan fəaliyyəti, xeyirxah əməlləri ilə adı əbədiləşmək.

    Tam oxu »
  • ADI ÜSTÜNDƏ OLMAQ

    1. Adından bəlli olmaq.  2. Kiminsə himayəsində olmaq.

    Tam oxu »
  • ADI YADINDAN ÇIXMAQ

    başı qarışıq olmaq, həddən artıq qayğılı, fikirli olmaq, qorxudan özünü itirmək; ~ işi başından aşmaq

    Tam oxu »
  • ADINA ÇIXMAQ

    başqasının xidmətini (fikirlərini, əsərini, işini və s.) özününküləşdirmək, mənimsəmək; ~ adına yazmaq

    Tam oxu »
  • ADINA QARA YAXMAQ

    bax: qara yaxmaq.

    Tam oxu »
  • ADINA YAZMAQ

    öz əməlini (günahını və ya xeyirxahlığını) başqasının əməli kimi göstərmək; ~ ayağına yazmaq, adına çıxmaq

    Tam oxu »
  • ADINI BATIRMAQ

    etibarı doğrultmamaq, pis əməlləri ilə nüfuzuna xələl gətirmək.

    Tam oxu »
  • ADINI ÇƏK, QULAĞINI BUR

    barəsində danışıldığı zaman söhbətin üstünə gəlib çıxan adam haqqında; ~ sözünün üstünə çıxmaq.

    Tam oxu »
  • ADINI ÇƏKMƏK

    söhbət zamanı birini xatırlamaq, haqqında danışmaq; ~ adını dilə gətirmək.

    Tam oxu »
  • ADINI DİLƏ GƏTİRMƏK

    haqqında danışmaq, adını söyləmək, yad etmək; ~ adını çəkmək.

    Tam oxu »
  • ADINI ƏZİZ TUTMAQ

    xətrini istəmək, hörmətlə yad etmək.

    Tam oxu »
  • ADINI GÖYLƏRƏ QALDIRMAQ

    tərifləmək, öymək; ~ adını ucaltmaq.

    Tam oxu »
  • ADINI HALLANDIRMAQ

    bir işlə bağlı adını tez-tez çəkmək, yad etmək (adətən, mənfi mənada).

    Tam oxu »
  • ADINI ÖZGƏDƏN SORUŞMAQ

    çətin vəziyyətə düşmək, işlərin çoxluğundan özünü itirmək; ~ işi başından aşmaq.

    Tam oxu »
  • ADINI TUTMAQ (ÇƏKMƏK)

    xatırlamaq, yad etmək; ~ adını dilə gətirmək.

    Tam oxu »
  • ADINI TUTUB GƏLMƏK

    kiməsə güvənərək yardım almaq üçün ona üz tutmaq.

    Tam oxu »
  • ADINI UCALTMAQ

    tanıtmaq, şöhrətləndirmək; ~ adını göylərə qaldırmaq.

    Tam oxu »
  • ADINI VERMƏK

    xahiş üçün müraciət edərkən başqasının adından, nüfuzundan istifadə etmək.

    Tam oxu »
  • ADLA DEYİLMƏK (SÖYLƏNİLMƏK)

    ünvanına xoş sözlər danışılmaq, tərifəlayiq, hörmətli olmaq.

    Tam oxu »
  • AĞ BAYRAQ QALDIRMAQ

    təslim olmaq, məğlubiyyətini etiraf etmək; ~ əlinin arxasını (dalını) yerə qoymaq, yelkəni suya salmaq

    Tam oxu »
  • AĞ BİR, QARA İKİ

    dinməmək, dillənməmək, dözmək, səbirli olmaq.

    Tam oxu »
  • AĞ ÇIXARIB QARA GEYMƏK

    dərdli, hüznlü olmaq; ~ qara geymək, yasa batmaq, yas saxlamaq (tutmaq).

    Tam oxu »
  • AĞ ELƏMƏK

    şişirtmək; həddi keçmək; ~ ifrata varmaq, həddini aşmaq, əndazədən çıxmaq, cızığından çıxmaq, şitini çıxarmaq, ağını çıxarmaq

    Tam oxu »
  • AĞ GÜN

    firavanlıq, səadət, xoşbəxtlik.

    Tam oxu »
  • AĞ GÜNƏ ÇIXMAQ (ÇATMAQ)

    ehtiyacdan qurtarmaq, firavan yaşamaq; ~ aydınlığa çıxmaq, səadətə qovuşmaq.

    Tam oxu »
  • AĞ GÜNÜNÜ QARA ELƏMƏK

    bax: gününü qara eləmək.

    Tam oxu »
  • AĞ LƏKƏ

    araşdırılmamış, gizli qalmış məqam; kütləvi cinayətlərin ört-basdır edildiyi, xalqdan gizlədildiyi tarixi dövr; ~ ağ səhifə

    Tam oxu »
  • AĞ OLMAQ

    həddi keçmək, ifrat dərəcədə olmaq.

    Tam oxu »
  • AĞ SƏHİFƏ

    bax: ağ ləkə.

    Tam oxu »
  • AĞ YUYUB QARA SƏRMƏK

    bərk danlamaq; ~ abrını ətəyinə bükmək, abrını vermək (almaq), abrını tökmək (aparmaq), quru yuyub yaş sərmək

    Tam oxu »
  • AĞA AĞ, QARAYA QARA DEMƏK

    obyektiv olmaq, həqiqəti söyləmək.

    Tam oxu »
  • AĞA DURUR, AĞACAN DURUR

    bir işi görmək (borcu qaytarmaq, əvəz çıxmaq, qisas almaq və s.) üçün hələ vaxtın və fürsətin olduğunu bildirən ifadə

    Tam oxu »
  • AĞA QARA DEMƏK

    bax: ağa qara, qaraya ağ demək.  

    Tam oxu »
  • AĞA QARA, QARAYA AĞ DEMƏK

    həqiqəti danmaq, ağ yalan söyləmək.

    Tam oxu »
  • AĞAC-AĞACA QOYMAQ

    əleyhinə getmək, razılaşmamaq, dava eləmək.

    Tam oxu »
  • AĞAC BAŞINDA YATMAQ

    çox ayıq yatmaq; sübh tezdən oyanmaq, yuxudan erkən durmaq.

    Tam oxu »
  • AĞACI ƏLİNDƏN DÜŞMƏK

    1. Nüfuzunu, gücünü, təsir və ya səlahiyyətini itirmək.  2. Qocalmaq; ~ beli bükülmək.

    Tam oxu »
  • AĞACININ QABAĞINA AĞAC QOYMAQ

    bax: cavabını vermək.

    Tam oxu »