AĞZIYIRTIQ

AĞZIYIRTIQ (sirr saxlaya bilməyən) ..Kəlbiyev bu görüşlər zamanı Mina xanımla əylənməkdən çox, onun əri ilə maraqlanır, işi, vəziyyəti, fikri-niyyəti haqqında hərcayi və ağzıyırtıq arvaddan söz çəkirdi (M.İbrahimov); AĞZIBOŞ “O olmasın, bu olsun” musiqili komediyasında satirik osmanlı, millətçi, qoçu, ağzıboş ziyalı surətləri və başqa surətlər yaradılmışdır (Ü.Hacıbəyov); BOŞBOĞAZ Yusifzadə bütün bu söz-söhbətləri eşidəndə lovğalanır. Danışır ki, Qənbər Quliyevlə Misirxanov aciz və boşboğaz adamlardı (Ə.İldırımoğlu).

AĞZIYELLİ
AĞZIYIRTIQLIQ

Значение слова в других словарях