AŞİQANƏ

sif. [ ər. aşiq və fars. …anə] Eşqə, məhəbbətə, sevgiyə aid olan; eşq, məhəbbət, sevgi ifadə edən. Aşiqanə məktub. Aşiqanə roman. Aşiqanə lirika. Aşiqanə nəzər salmaq.
– Mən aşiqəm, həmişə sözüm aşiqanədir. Füzuli.
Yetişdim kamə, yazdım aşiqanə şeirlər, Seyyid. S.Ə.Şirvani.
Fəryad elə bir dəm aşiqanə (z.) ; Söylə dili-zarü natəvanə. M.Ə.Sabir.
Füzulinin özü həqiqi aşiq olduğu üçün kəlamı dəxi başdan-ayağa aşiqanədir. F.Köçərli.

AŞİQ-MƏŞUQ
AŞİQLİK

Значение слова в других словарях

водоёмный деномини́рованный доле́чиваться парафи́нистый распоте́шивание репети́р сеноста́вец хохотли́во черноря́сная благообра́зность кровосо́с насе́иваться обихо́женный облени́ться ску́пщик стрикус chino hosting luxuriant mazement phytoplankton X-ray photograph протухший сближение успокаиваться