AŞILANMAQ

məch.
1. Bir xəstəliyin qarşısı alınmaq və ya başlanmış xəstəliyin sağaldılması üçün bədənə aşı vurulmaq, aşı maddəsi yeridilmək. Məktəbdə bütün uşaqlar çiçəyə qarşı aşılandılar. Mal-qara aşılandı. Qoyunlar aşılandıqdan sonra yaylağa sürüldü.
2. Peyvənd edilmək, calanmaq (cır ağac).
// məc. Uyuşmaq, birləşmək, calanmaq.
…Sanki bununla da bu iki gənc qadının qəlbi bir-birinə aşılandı. M.S.Ordubadi.

3. xüs. Aşıya qoyulmaq. Bu gön aşılanmamışdır.
4. məc. Kök salmaq, mənimsənmək. Yeni üsullar artıq aşılanmışdır.
AŞILANMA
AŞILANMIŞ

Значение слова в других словарях