BAKALAVRİAT

сущ. бакалавриат (первая ступень высшего образования)
BAKALAVR
BAKAN
OBASTAN VİKİ
Bakalavriat
Bakalavr (lat. baccalarius və ya baccalarium; bacca — "meyvə", larius — "dəfnə", mənası "dəfnə meyvəsi") — Bolonya prosesində iştirak edən ölkələrdə ali təhsil proqramının birinci pilləsini mənimsəyən şəxslərə verilən akademik dərəcə və ya ixtisaslaşma göstəricisi; bakalavriatı bitirmiş şəхslərə verilən ali peşə-iхtisas dərəcəsi; Lakin istisnalar da var, məsələn, Amerika Birləşmiş Ştatlarında az sayda ikinci pillə dərəcəsini bitirənlər də uyğun sahədə bakalavr adını alırlar, Fransada isə tam orta təhsili başa vuranlar bakalavr dərəcəsi alırlar. İlk dəfə orta əsrlərdə Qərbi Avropa universitetlərində tətbiq olunmuşdur. == Azərbaycanda bakalavr təhsili == Azərbaycanda bu təhsil pilləsinə aparan proqram 1991-cı ildə Xəzər Universiteti tərəfindən hazırlanmış və həyata keçirilməyə başlanılmışdır. 1993-cü il qəbul edilən təhsil qanunu bakalavr və magistr dərəcələrini ali təhsilin uyğun olaraq birinci və ikinci pilləsi kimi qanuniləşdirmişdir. Azərbaycanda bakalavr üzrə təhsil müddəti 4 ildir. Bakalavr dərəcəsi magistraturaya daxil olmaq hüququ verir. == Dünyada bakalavr təhsili == Ayrı-ayrı dövlətlərdə və ixtisas istiqamətlərində baklavr hazırlığı bir-birindən fərqlənir və 3 - 6 il arası təşkil edir. Məsələn, İngiltərədə və Almaniyada 3, Şotlandiya, Kanada və ABŞ-də bakalavr təhsilinin müddəti 4 ildir. == Bolonya prosesi == Azərbaycanda iki pilləli təhsilə keçid "Bolonya prosesi"nin tərkib hissəsi olduğundan, hər ixtisas üzrə bakalavr pilləsi mövcuddur.
Beynəlxalq Bakalavriat Təşkilatı
International Baccalaureate Organization (IBO ing. Beynəlxalq Bakalavriat Təşkilatı və ya IB; digər rəsmi dillərdə: fr. Organisation du baccalauréat international və ya BI; isp. Organización del Bachillerato Internacional və ya OBI) — 1968-ci ilində əsası qoyulmuş, Cenevrə qərargahı ilə, beynəlxalq təhsil vəqfi. IB sistemində 3-19 yaş arasında şagirdlər üçün dörd təhsil proqramı var. == Proqramlar == === Diplom Proqramı === Diplom Proqramı (ing. Diploma Programme; abbr. IBDP) 16-19 yaşlı şagirdlər üçün iki illik təhsil proqramıdır. Bu günümüzdə IBDP ingilis, fransız və ispan dillərdə tədris edilir. Əvvəldən bütün fənlər ancaq ingilis və fransız dillərdə aparılırdılar.

Значение слова в других словарях