□ Biabır etmək (eləmək, eyləmək) – abırdan salmaq, rüsvay etmək, adını ləkələmək.
[Kərim:] [Süleyman bəy] mənim bacımı biabır eləyib, mən də onun qarnını balıq qarnı kimi cırıb, bağırsaqlarını ayağına dolamasam, atamın oğlu deyiləm.
[Barat:] Yoldaş Şərif, nə haqq ilə sən müəllimə Almas xanımı biabır edirsən?
[Tahir:] Qoy, nə deyir desin, məni biabır da eləsə, ürəyimdəkiləri açıb ona söyləyəcəyəm.
Biabır olmaq – rüsvay olmaq, ad batırmaq, abırı tökülmək. Camaat qabağında biabır olmaq.
– [Hacı İslam:] Bu dəlinin öhdəsindən bəlkə sən gələsən, yoxsa vallahi biabır olduq.
[Balaş:] Çul-çuxası ilə həyətə-zada çıxar, biabır olarıq.
[Mir Mahmud:] Ay Hüseyn, bu nə paltardır əyninə geymisən, çıxart, çıxart, dayın bizə gəlir, biabır olarıq.