BILK

bilk1

n 1. fırıldaq, fırıldaqçılıq, kələkbazlıq; yalan, hiylə, kələk; 2. cəfəngiyyat, mənasız söz

bilk2

v aldatmaq, boyun qaçırmaq (borcu yerməkdən və s.)

BILINGUAL
BILKER
OBASTAN VİKİ
Bilkent Universiteti
Bilkent Universiteti – Türkiyə Respublikasının Ankara şəhərində yerləşən özəl ali təhsil müəssisəsi. İhsan Doğramacı tərəfində 20 oktyabr 1984-cü ildə qurulmuşdur.
Bilkent konsert zalı
Bilkent konsert zalı — Ankaranın Çankaya səmtində, Bilkent Universitetinə bağlı Musiqi və İfa Sənətləri Fakültəsində yerləşən konsert salonudur. 15 oktyabr 1994-cü ildə açılışı olan zalın memarları Erkut Şahinbaş və İlhan Kural, akustika üzrə mütəxəssisi isə finlandiyalı memar Matti Heykkinendir. Zalın əsas istifadəçisi Bilkənt Simfonik Orkestri olsa da, O, həmçinin Ankara Caz Festivalı və Beynəlxalq Ankara Musiqi Festivalı kimi müxtəlif milli və beynəlxalq musiqi tədbirləri çərçivəsində onlarla sənətçi, musiqi qrupları və orkestrə ev sahibliyi edir. İlham Gencer, Tahir Aydoğdu, Nilüfer Ruacan, Yıldız İbrahimova, Ayşe Tütüncü və Fahir Atakoğlu kimi sənətçilər salonda konsert verən önəmli adlar arasındadır. == Memarlıq xüsusiyyətləri == Bir çox binaya imza atan memarlar Erkut Şahinbaş və İlhan Kuralın birgə layihələndirdiyi konsert salonu 1993–1994-cü illər arasında Tepe İnşaat tərəfindən inşa edilib. Ümumi istifadə sahəsi 14328 kvadratmetr olan zalın tamaşaçı tutumu 800 nəfərdir. Finlandiyalı memar Matti Heikkinen üç mərtəbəli konsert zalının akustik məsləhətçisi idi. Akustik panelləri və səhnə lifti sistemi olan konsert zalı orkestr çuxuru yaradaraq səhnə əsərlərinin ifasına da şərait yaratmışdır. 800 nəfərlik zal həm də səsyazma studiyasıdır. 1 noyabr 1994-cü ildə Bilkənt Simfonik Orkestrinin açılış konsertinin keçirildiyi zalda iki Steynvey D model konsert pianosu var.