birə-otu

1) is. bot. marguerite f, camomille f (əczaçılıqda işlədilir), anthémis m, matricaire m ; 2) sif. de camomille ; ~ ətri parfum m de camomille

birə-on
birə-üç
OBASTAN VİKİ
Birə
Birə — müxtəlif bakteriyaların, virusların, parazit qurdların və xəstəlik törədən ibtidailərin daşıyıcılarıdır. Onlar məməlilər, quşlar va digər heyvanların üzərində və yuvalarında yaşayır. Birələr qanla qidalanır. Bəzi növləri qansormadan 18 aya qədər yaşaya bilir. Fəallığından asılı olaraq onları qış və yay birələri adlandırırlar. Taun xəstəliyinin yayılması yetkin birələr vasitəsilə həyata keçirilir. Onlar gəmiricilər üzərində yaşayıb xəstəliyin yayılmasına (epidemiyalara) səbəb olur. Birələr həm də tulyaremiya, qarayara, bruselyoz, cüzam və s. xəstəliklərin törədicilərini də daşıyır. Birələr - qansoran həşəratlar qrupuna daxildir.
Birə bağayarpağı
Hind bağayarpağı (lat. Plantago indica) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin bağayarpağı cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik, ot bitkisi olub, hündürlüyü 40 sm, kökü qısa, möhkəm budaqlı iyəbənzər gövdəyə malikdir. Yarpaqları qarşı-qarşıya xətti olmaqla, bütövkənarlıdır. Çiçəkləri burulmuş, yumurtavari-şarşəkilli olur. Uzun başcıqlı çiçəkləri gövdə üzərindəki yarpaqların arasında yerləşir. Tumurcuqları çəhrayı-qəhvəyi, qonur meyvələri isə elliptik kapsul içərisində yerləşir. Bitkinin yerüstü hissələri şaxələnmiş, yarpaqları gövdə üzərində müxtəlif olmaqla yerləşir. Ölçüsü 0.6–4 sm-ə qədər olur. Yarpaqlarının uzunluğu 7 sm, xətti-bütövkənarlı və ya seyrəkdişlidir.
Kəklik otu
Kəklikotu (lat. Thymus) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinə aid bitki cinsi. Hündürlüyü 20 sm-dən 35 sm-ə qədərdir. 400-ə qədər növü var. Kəklikotunun yaşıl yerüstü hissəsini bitki çiçəklədikdə və ya ondan əvvəl yığırlar. Kəklikotundan kulinariyada (xüsusilə də, konservləşdirmədə), həmçinin kosmetika və əczaçılıq sənayesində geniş istifadə olunur. Kəklikotunun ən geniş istifadə olunduğu sahələrdən biri də tibbdir. == Xüsusiyyətləri == Labiatae fəsiləsinə aid hündürlüyü 35 sm-ə qədər olan kiçik, ətirli yarımkolcuqdur. Zoğları nazik, qonur rəngli, sürünəndir. Əsası tünd qonur rəngli qabıqla örtülüdür, çox vaxt kökləşir və əlavə köklər əmələ gətirir.
Sudan otu
Kalış, Sudan otu və ya Sudan sorqosu (lat. Sorghum sudanense) — sorqonun növü. == Botaniki təsviri == Güclü, saçaqlı kök sisteminə malikdir. Kökü torpağın 2,5 m dərinliyinə işləyir, ətrafa isə 0,75 m-ə qədər yayıla bilir. Sudan otunda da dayaq yaxud hava kökləri əmələ gəlir. Gövdəsi silindir şəkilli, içərisi ağ parenxim hüceyrələrlə doludur. Gövdənin hündürlüyü 0,8 m-dən 3 m-ə qədər olur. Gövdəsində 3-5 yaxud 8-12 buğumarası olur. Ümumi kollanmasına görə sudan otu üç qrupa bölünür. - zəif kollanan- 12 ədədə qədər budaq əmələ gətirən, - orta dərəcədə kollanan 12-25-ə qədər budaq əmələ gətirən, - şiddətli kollanan 25-dən yuxarı budaq əmələ gətirən.
Forster işıq otu
Forster işıq otu (lat. Luzula forsteri) — cığkimilər fəsiləsinin luzula cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Hündürlüyü 15-40 sm olan çoxillik çimli bitkidir. Gövdəsi düzdür, qaidə hissəsində tünd-qırmızı-bənövşəyi rəngli qın geyinmişdir. === Yarpaq === Yarpaqları xətvari, yastı, sivriləşmişdir, eni 1,5–5 mm-dir, qının kənarları və ağız hissəsi uzun tüklüdür. === Çiçək === Çiçək qrupu çəturşəkillisüpürgəvaridir; çiçək qrupunun budaqları nazikdir, çiçəkləmədən sonra üzüyuxarı dik qalxandır; çiçəkaltlığının yarpağı çiçək qrupundan qısadır. Çiçəkləri təkdir; çiçəkaltlıqları yumurtaşəkilli, sivri, qırmızımtıl rənglidir, demək olar ki, çiçək yanlığının yarısına bərabərdir. Çiçək yanlığının yarpaqcıqları neştərvaridir, eynidirlər və ya daxildəkilər bir qədər uzundurlar, qılcıqvari sivriləşmiş, şabalıdı rəngdədir, kənarlardan ensiz-ağ pərdəlidir. === Meyvə === Qutucuq enli yumurtaşəkillikonusvari, sarımtıl-yaşıl rəngli, sivriləşmiş və çiçək yanlığının yarpaqcıqlarına bərabər və ya ondan qısadır. Toxumları uzunsovyumurtaşəkilli, qırmızımtıl-qəhvəyi rəngli, xırda olub, qısa düz törəmələri vardır və kütdür.
Pişik caynağı otu
Pişik caynağı və ya Keçətük unkariya (lat. Uncaria tomentosa) — boyaqotukimilər fəsiləsinin unkariya cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == == Ekologiyası == == Azərbaycanda yayılması == == İstifadəsi == Cənubi Amerikada bitən pişik caynağı bitkisi xərçəng xəstəliyinin müalicəsində istifadə olunurdu. Bu bitki xlorogen turşusu, rutin və epikatenin maddələri ilə zəngindir, hansılar ki xərçəng əleyhinə xassələrə malikdirlər: immun sisteminin stimullaşması və xərçəng hüceyrələrinin çoxalmasını bloklaşdırır. Antioksidantdır, orqanizmlə əlaqəyə girən sərbəst radikalları və toksinləri məhv edir. İltihab əleyhinə təsirə malikdir, çünki qorxulu nüvə faktoru NF-kB qarşısını alır. Pişik caynağı DNT tərkibinin dəyişməsini stimullaşdırır və kimyaterapiya kursundan sonra leykositləri bərpa edir. Bu bitki kimyaterapiyadan sonra yaranan yan təsirləri – qusmanı və çəkinin azalmasına kömək edir. Tərkibində pişik caynağı bitkisi olan dərmanları və ya dəmləmələri qəbul etmək olar. Dəmləməni hazırlamaq üçün 1 çay qaşığı bitkinin kökünü bir fincan suda dəmləməli və 15 dəqiqə gözləmək lazımdır.
Sahil tonqal otu
Sahil tonqal otu - lat. Zerna riparia R. sıx çim əmələ gətirən,dik duran, çox gövdəli ot bitkisidir. == Sahil tonqal otu == Taxıllar fəsiləsinin efemer xassəli çoxillik ot bitkisidir. Yarpaqlan ensiz xətli olub 30-60(70) sm-ə qədər boy verirlər. Çiçəkyanlığı süpürgəvaridır və hər gövdənin tilində 10-15 sm uzunluğunda yerləşirlər. May ayının əvvəlində çiçəkləyir, sonunda isə meyvə verirlər. Bir qədər quraqlığa davamlıdır, suvarıldıqda bol yaşı, kütlə verirlər. Sahil tonqa, otu rekultivasiyanın bioloji mərhələsində əkin qara yoncası ilə sıx cəngəllik əmələ gətirə bilirlər. Yaxşı fitomeliorativ xüsusiyyətə malikdir.
Snowdonia şahin otu
Snoudoniya şahin otu və ya Hieracium snowdoniense — Şimali Uelsin Snoudoniya bölgəsi üçün endemik bitki. Parlaq sarı çiçəkləri olan çoxillik bitkidir. Onun 1950-ci illərin əvvəllərində həddindən artıq otlaq nəticəsində məhv olduğu güman edilirdi. 2002-ci ildə Bethesda üzərindəki Cwm Idwal Milli Təbiət Qoruğunun dik yamaclarında bu növ yenidən kəşf edildi. Adından da göründüyü kimi, Snoudoniya şahin otu Uelsdə, Böyük Britaniyada, Snoudoniya vadisində tapılır. Bu nadir bitki sarı ləçəkləri olan məxməri kənarları olan olduqca sadə çiçəklərə malikdir. Bir neçə il əvvələ qədər bu bitkilər çiçək verməyi dayandırdı, bu da botanikləri onun nəsli kəsilməkdə olduğunu düşünməyə vadar etdi. 2002-ci ildə çiçəklər botaniklərin yanlış təsəvvürünü qıraraq yenidən çiçək açmağa başladı.
Yaşıl rәngli lәçәk otu