BITCH

bitch1

n 1. qancıq, dişi; 2. kob. qancıq; son of a ~ qancıq oğlu; That son of a bitch stole my car O qancıq oğlu mənim maşınımı oğurladı

bitch2

v şikayət etmək, şikayətlənmək, donquldanmaq

BITBRACE
BITCHY
OBASTAN VİKİ
Bitch I'm Madonna
Bitch I'm Madonna (azərb. Qancıq, mən Madonnayam‎) — ABŞ müğənnisi Madonnanın “Rebel Heart” adlı XIII solo albomundan olan mahnı. Trinidadlı repçi Nikki Minajın da qonaq ifaçı kimi iştiark etdiyi mahnı əsasən, Madonna, Diplo və Britaniyalı elektron musiqiçisi Sofi tərəfindən, MoZella, Tobi Qad, Ariel Rextşad və Nikki Minajın iştirakı ilə yazılmışdır. Mahnı, albomun üçüncü sinqlı kimi, “Interscope Records” tərəfindən 15 iyun 2015-ci ildə çıxarılmışdır. Elektron rəqs musiqisi və vaporveyv janrında olan mahnıda Madonna şənlənmək üçün nazal tonda "Bitch I'm Madonna" deyir, fonda isə "she's Madonna" ifadəsi səslənir. Musiqi tənqidçilərinin mahnı haqqında fikirləri iki qrupa bölünmüşdür; bəziləri mahnını “energetik” adlandıraraq Minajın rep hissəsini alqışlasalar da, başqa bir qrup mahnını “təəssüf doğuran şok” adlandırır. ABŞ-də mahnı son üç il ərzində Madonnanın “Billboard Hot 100” hit paradına girə bilən ilk mahnısı olmaqla, 84-cü yerə kimi yüksəlmişdir. Mahnı, “Hot 100” hit paradına girə bilmiş Minajın 63-cü, Madonnanın isə 57-ci mahnısı olmaqla, həmin hit paradda ən çox iştirak etmiş qadın müğənnilərin siyahısında Minajı üçüncü, Madonnanı isə dördüncü yerə yüksəltmişdir. Dünyada, uğurlu nəticələr göstərən mahnı, Finlandiya, Macarıstan və İsveçdə ilk üçlüyə daxil olmuşdur. Mahnı üçün Conas Akerlandın rejissorluğu ilə çəkilmiş musiqi videosunda Madonna ilə yanaşı Minaj və Diplonu da görmək mümkündür.
Bitches Broken Hearts
"Bitches Broken Hearts" — amerikalı müğənni Billi Aylişin mahnısı. Mahnı Ayliş və prodüserlər Emmit Fenn və Finneas O'Konnell tərəfindən yazılıb. İlk dəfə 10 noyabr 2017-ci ildə SoundCloud üzərindən buraxılıb, sonradan 30 mart 2018-ci ildə sinql kimi bütün platformalar üçün yenidən yayımlanıb. Mahnı "You Should See Me in a Crown" sinqlının 7 düymlük vinil formatında B tərəfi kimi yer alıb. Mahnı həmçinin Aylişin ilk mini-albomu "Don't Smile at Me"nin genişləndirilmiş versiyasında və 2019-cu ildə buraxılmış studiya albomu "When We All Fall Asleep, Where Do We Go?"nun delüks versiyasına daxil edilib.