BİÇARƏ

sif. [ fars. ]
1. Yazıq, miskin, fağır, məzlum; bədbəxt.
Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə. M.F.Axundzadə.
Bu soyuq, tozlu gecədə biçarə Məşədi Əsgər adlı bir kişi balaları üçün ruzi axtarırdı. S.M.Qənizadə.
…Biçarə qızın zahiri çirkinliyi bir yanda dursun, toy edib ərə getmək üçün azacıq bir cehizi də yox idi. B.Talıblı

2. Çarəsiz, əlacsız; aciz.
Axır biçarə ananız sizə deyirdi: – Bala, ağlama, xortdan gələr, səni aparar. C.Məmmədquluzadə.
[Əşrəf bəy:] Biçarə müsəlmanın hər bir işi daş arasından çıxır. N.Vəzirov.
Cahillər isə biçarə Bəşiri xəncərlə öldürüb qaçırlar. S.S.Axundov.

// İs. mənasında.
[Səkinə xanım:] Biçarə iki il sərasər mərhum qardaşıma yalvardı ki, məni ona versin. M.F.Axundzadə.
Sən iki biçarəni bir zəxmlə qıldın həlak. S.Ə.Şirvani.

Синонимы

  • BİÇARƏ biçarə bax yazıq 1
  • BİÇARƏ bədbəxt
  • BİÇARƏ çarəsiz — əlacsız — aciz
  • BİÇARƏ yazıq — miskin — fağır — məzlum

Антонимы

  • BİÇARƏ BİÇARƏ – ZALIM Biçarə münəccimbaşının ərvahı uçub, başladı yarpaq kimi titrəməyə (M.F.Axundzadə); ..
BİCLİK
BİÇARƏLİK

Значение слова в других словарях

дои́льник душегу́бец занавеса луна́-ры́ба мала́ по-ава́рски разда́лбливание распла́вить текстови́к фу́теровый исстра́чивать ительме́нка ко́нсульский пушистый biyearly condo-conversion note-shaver pilot coat primrose rare gas red antimony scoreboard sine anno v мореходство