BLUE-BLACK
BLUE-FILM
OBASTAN VİKİ
Blue
Blue (Blu) — britan boyz-bend. "Blue" qrupu 2001-ci ildə yaranmış İngilis pop qrupudur. Qrupun 4 üzvü vardır. Bunlar Li Rayan, Simon Uebb, Dankan Ceyms və Antoni Kostadır. Qrupun 4 albumu var: All Rise, One Love, Guilty və Best of Blue. Hal-hazırda qrup üzvləri solo fəaliyyət göstərir.
Blue Anqels
Blue Anqels (azərb. Mavi Mələklər‎) — ABŞ Hərbi Donanmasına məxsus aerobatika eskadronudur. 1946-cı ildə əsası qoyulmuşdur və 1931-ci ildə yaradılmış Fransanın Aerobatik Patrulundan sonra ikinci ən qədim aerobatika komandasıdır. Şou təyyarəsi kimi Boeing F/A-18E istifadə olunur. Nəqliyyat təyyarəsi kimi Lockheed Martin C-130J Super Hercules istifadə olunur. == Missiya == Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin Uçuş Nümayiş Eskadrilyasının missiyası uçuş nümayişləri ilə ölkəyə mükəmməllik və xidmət mədəniyyətini ilhamlandırmaqla Birləşmiş Ştatların Hərbi Dəniz Qüvvələrinin və Dəniz Piyadaları Korpusunun qürurunu və peşəkarlığını nümayiş etdirməkdir. == Tarixi == Komanda ilk dəfə 1946-cı ilin Aprel ayında "Navy Flight Exhibition Team" adı altında yaradılmışdır. Daha sonra ad dəyişilib Blue Anqels olmuşdur. Komanda ilk dəfə 1946-cı il iyun ayının 15-i Blue Anqels adı altında təqdim olunmuşdur. == Hadisələr == Blue Anqels tarixində ümumilikdə 26 pilot və 1 heyət üzvü həlak olmuşdur.
Blue Exorcist
Blue Exorcist və ya Yaponiyada tanınan adı ilə Ao no Exorcist (青の祓魔師, Ao no Ekusoshisuto, azərb. "Göy ekzorsist"‎) — Kazue Kato tərəfindən yazılmış və çəkilmiş fövqəltəbii manqa seriyası. Manqa seriyası Shueisha nəşriyyatı tərəfindən 2009-cu ilin aprelindən "Jump SQ" jurnalında nəşr olunur. 4 iyul 2023-cı ilə qədər manqa seriyasının fəsilləri 29 tankobon cildində toplanmışdır. Manqa seriyası anasının insan, amma atasının Şeytan olduğunu və Şeytanın güclərini qazandığını öyrənən Rin Okumura adlı gənc haqqındadır. Şeytan Rinin ögey atasını öldürdükdən sonra Rin atasını məğlub etmək üçün ekzorsist olmağa qərar verir. Manqa seriyası əsasında A-1 Pictures tərəfindən 2011-ci ildə anime serialı və 2012-ci ilin dekabrında anime filmi ("Ao no Exorcist Gekijouban") çəkilmişdir. Viz Media manqanı Şimali Amerika üçün lisenziyalaşdırmışdır və ilk tərcümə olunmuş cild 5 aprel 2011-ci ildə nəşr olunmuşdur. Aniplex of America anime serialının ingiliscə dublajlarını DVD şəklində buraxmışdır. 7 yanvar 2017-ci ildəmn "Blue Exorcist: Kyoto Saga" adlı davam mövsümü yayımlanacaq.
Blue Origin
Blue Origin - kosmik araşdırma şirkəti. Amazon.com-un yaradıcısı Ceff Bezos tərəfindən yaradılıb və mərkəzi Vaşinqtonda yerləşir. Şirkətin qarşısına qoyduğu məqsəd kosmosa az xərclə və tam təhlükəsizlik şəxsi səyahət edə bilmək üçün mümkün texnologiyalar yaratmaqdır. Blue Origin şirkəti suborbital və orbital kosmosa çıxış üçün raketlə işləyən şaquli qalxma və şaquli eniş (VTVL) vasitələrinə diqqət yetirməklə müxtəlif texnologiyalar inkişaf etdirir. Şirkətin adı başlanğıc nöqtəsi kimi mavi Yer planetinə istinad edir.[3] Əvvəlcə suborbital kosmos uçuşuna diqqət yetirən şirkət, Texas ştatının Culberson şəhərindəki obyektlərində New Shepard avtomobilinin bir çox prototiplərini dizayn etdi, tikdi və uçurdu. Alan Şepardın adını daşıyan New Shepardın inkişaf test uçuşları 2015-ci ilin aprel ayında başladı və uçuş sınaqları davam edir. Şirkət hələ kommersiya sərnişin uçuşlarına başlamayıb və onların nə vaxt başlayacağı ilə bağlı dəqiq tarix açıqlamayıb.
Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
Blue System
Blue System — 1987-ci ildə alman ifaçısı Diter Bolen tərəfindən qurulan Sinti pop qrupudur. == Yaranması == "Blue System" qrupu 1987-ci ildə Modern Talking qrupunun dağılmasından sonra Diter Bolen tərəfindən yaranmışdı. "Blue System" qrupu "Modern Talking" qrupunun uğurlarını təkrar edə bilməmişdi. "Blue System" qrupunun karyera boyu 13 albomu və 30 sinqlı təqdim edilmişdi. Bu qrupun adı ilə Diter Bolen 1989-cu ildə SSRİ-də konsert vermişdir. Konsertdəki görüntülərini "Love Me on the Rocks" mahnısında göstərilir. Mahnıda SSRİ-nin konsert zalındakı tamaşaçıları, onunla görüşmək istəyən pərəstişkarları və SSRİ ordusunun əsgərlərini görmək mümkündür. 1990-cı illərin əvvəlindən etibarən mahnı stilini təmamilə dəyişir. Bu isə fanatlar arasında qrupun populyarlığını aşağı salır. 1997-ci ildə Diter Bolen qərar verir ki, Modern Talking qrupunu yenidən səhnəyə gətirsin.
Deep Blue
11 may 1997-ci ildə IBM şirkətində yaradılmış şahmat superkompüteri olan Deep Blue şahmat üzrə dünya çempionu Harri Kasparov üzərində 3,5–2,5 hesabı ilə qələbə qazanmışdır. "Deep Blue" adı "Deep Thought" layihəsinin adı və IBM-ə verilən "Big Blue" ləqəbinin birləşməsindən götürülmüşdür. == Ədəbiyyat == Əliquliyev R. M., Salmanova P. M. İnformasiya cəmiyyəti: maraqlı xronoloji faktlar. Bakı: "İnformasiya Texnologiyaları" nəşriyyatı, 2013, 169 səh.
Blue Banisters
Blue Banisters — amerikalı müğənni Lana Del Reyin səkkizinci studiya albomu. Əvvəlki albomu Chemtrails over the Country Club buraxıldıqdan yeddi ay sonra, 21 oktyabr 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini Zak Daues, Loren Humphrey, Mike Dean, Barrie-James O'Neill, Rick Nowels və başqaları etmişdir. == Trek siyahısı == ^[a] əlavə prodüser göstərilib. "Interlude - The Trio" treki Ennio Morrikonenin "Yaxşı, pis, zalım" (1966) filmi üçün bəstələdiyi "The Trio" mahnısının semplidir. "Dealer" mahnısını Mayls Keyn ilə birgə ifa edib.
The Black Eyed Peas
The Black Eyed Peas — Los Anceles şəhərində yaradılan ABŞ musiqi qrupu. 2009-cu ildə qrupun üzvləri: üzvləri will.i.am, apl de ap, Tabbo və Fergie-dir. 2003-cü ildə işıq üzü görən Elephunk albomundan sora qrup təxminən 27 milyon albom və track satışına nail olub.
Bad Boys Blue
Bad Boys Blue (azərb. Mavi geyinmiş pis oğlanlar‎) – Avro disko və Avrodens janrlarında ifa edən Almaniya qrupudur. == Musiqi karyerası == "Bad Boys Blue" musiqi qrupu 1984-cü ildə Almaniyanın Köln şəhərində Tomas Hendrik və Karen Van Haaren tərəfindən yaradılmışdır. Qrupun iştirakçıları Endryu Tomas (ABŞ), Trevor Teylor (Yamayka) və Con Makİnerni (Böyük Britaniya) olmuşdur. Qrup "You’re Woman" mahnısı ilə bir neçə ölkədə ilk 10-luğa düşmüşdür. Bu qrup, əsasən, Şərqi Avropada məşhurluq qazanmışdır. 1987-ci ildə qrupun əsas aparıcı vokalisti Con Makİnerni oldu. Ona qədər qrupun əsas aparıcı vokalisti Trevor Teylor idi. Çox mahnılarda məhz ona məxsus idi. Həmçinin, mahnılarda Lian Li adlı ifaçı oxuyurdu.
The Blue Marble
The Blue Marble — Yer planetinin 7 dekabr 1972-ci ildə "Аpollon-17" kosmik gəmisinin ekipajı tərəfindən təxminən 29 min km məsafədən çəkilmiş şəkli. NASA-nın işi olaraq ictimai irs hesab olunur və hər kəsə açıqdır. Şəkil Yer planetini tam işıqlanmış şəkildə təsvir edir (Belə ki Günəş astronavtların arxasında yerləşirdi). Bir sıra filmlərdə Yerin kosmosdan təsviri üçün istifadə olunmuşdur. == Fotoşəkil == Astronavtlar üçün kosmosdan Yer mavi oyuncaq şüşə şar (marble) kimi göründüyündən məhz bu adı almışdır. === Fotoşəklin tarixi === Fotoşəkil Apollon-17 gəmisinin startından 5 saat 6 dəqiqə, kosmik apparatın Yerin orbitini tərk etməsindən isə 1 saat 54 dəqiqə sonra çəkilmişdir. Şəklin sağ yuxarı hissəsində Hind okeanı üzərində siklon görünür. Şəklin çəkilməsindən 2 gün əvvəl 5 dekabrda fırtına Hindistanın Tamilnad ştatında su basmasına və güclü küləklərə səbəb olmuşdu. Fotoşəklin NASA-da rəsmi seriyası - AS17-148-22727-dir. İlk əvvəl şəkil çevrilmiş halda idi, belə ki Cənub qütbü yuxarıda, Afrika isə şəklin sağ tərəfində yerləşirdi.
Half-Life: Blue Shift
Half-Life: Blue Shift (azərb. Mavi qarışıq‎) — orijinal Half-Life üçün hazırlanmış ikinci əlavədir. Bu add-on 12 iyul 2001-ci ildə Gearbox Software videooyun stusiyası tərəfindən hazırlanmışdır. Gearbox-dan olan digər əlavələr – Half-Life: Opposing Force və Half-Life: Decay kimi, Blue Shift Half-Life-da olan hadisələri başqa personajın gözlərindən görür. Burada baş qəhrəman "Qara Mezanın" mühafizəçisi — Barni Kalhaundur. Barni simasında oyunçu başqa dünyadan olan gəlmələrin və HECU əsgərlərinin ələ keçirdiyi gizli laboratoriyanı tərk etməlidir. Birinci əlavə Opposing Force-dan fərqli olaraq Half-Life: Blue Shift avtonom add-on rolunu oynayır və çalışması üçün orijinal Half-Life istəmir. Blue Shift yazılarkən istifadəçiyə özündə personajların yenilənmiş modelləri və silahlarını birləşdirən "Half-Life High Definition Pack" paketini yükləməyi təklif edir. Bu qrafikanı orijinaldakı Half-Life-dan az da olsa fərqləndirir. Blue Shift-in ABŞ buraxılışı Opposing Force-un tam versiyası ilə yayılır.
True Blue (Madonna albom)
True Blue Madonnanın üçüncü studiya albomu. 30 iyun 1986 ildə Sire Records tərəfindən nəşr olundu.Madonna, bu albomda Stefen Bray və Patrik Leonard ilə işləmişdir və bütün mahnıların yazmaqında əməkdaşlıq etmişdir.