1. Borcu olan, başqasından borc almış olan; verəcəkli. Borcluların siyahısını tutmaq.
– Güllücədə Molla Qasıma borclu olmayan bir kəndli yox idi.
2. Borc verən.
Borclu borclunun sağlığını istər. ( ).
3. Bir vəzifəni görməli olan, öz vəzifəsi kimi icra etməli olan; vəzifəli. O, gördüyü işlər haqqında vaxtında hesabat verməyə borcludur. O, sənin işini görməyə borclu deyil.
□ Borclu çıxartmaq – bax borclu eləmək.
[Qəhrəman:] “Sağ ol” demək əvəzinə, məni borclu çıxarırsan.
Borclu eləmək – yaxşılıq qarşısında minnətdar etmək. Məni özünə borclu elədi.
Borclu qalmaq (olmaq) – öhdəsində borc olmaq.