briozoy
britaniyalı
OBASTAN VİKİ
Briozoylar
Briozoylar (lat. Ectoprocta və ya Bryozoa) — İlkağızlılar yarımbölməsindən onurğasız heyvan tipi. Hazırda 4000 növü məlumdur, onlardan Xəzər dənizində 6 növ qeyd edilmişdir. Bowerbankia imbricata, Bowerbankia grasilis, Paludicella articulata, Victorella pavida Xəzərdə geniş yayılmışlar. Conopeum seurati Xəzər dənizinə 1958-ci ildə Azov dənizindən gəlmişdir. Hazırda bioloji örtüklərin əmələ gəlməsində mühüm rol oynayır. == Sinonim == Ectoprocta (Nitsche, 1869) == Haqqında == Briozoylar oturaq həyat tərzi keçirən dəniz heyvanları olub, nadir hallarda şirin sularda rast gəlinir. Briozoylar koloniya halında yaşayırlar, onların koloniyaları hidroid və mərcan poliplərinin əmələ gətirdikləri koloniyaları xatırladır. Koloniyalar bir neçə on santimetrlə ölçülür, koloniyanı təşkil edən hər bir fərdin ölçüsü isə 1mm- dən böyük olmur. Briozoy koloniyaları şaxəli budaq, yarpaq dəstəsi, bəzən bir müstəvi üzərində yerləşən lövhə şəklində olur.
Briozoylar (Bryozoa)