CHURCH-ROBBER
CHURCH-WARDEN
OBASTAN VİKİ
Infinity Ward
Infinity Ward — ABŞ videooyun istehsalı şirkəti. 2002-ci ildə yaradılmışdır. Əsas oyun konsolları və fərdi kompüterlər üçün videooyunlar yaradır. Şirkətin ən əhəmiyyətli brendi "Call of Duty" videooyunları seriyasıdır.
Metal Church
Metal Church — "Sharapnel" adıyla 1981-ci ildə gitaralarda Kurdt Vanderhoof və Craig Wells, bas gitarada Duke Erickson, zərb alətlərində Kirk Arrington və vokalda Mike Murphy'dən ibarət heyət ilə quruldu. == Qrup haqqında == Mike Murphy qrupdan ayrılıb "Rogues Gallery"-yə qatılınca, Craig yoldaşı David Wayne'i qrupa dəvət etdi. Sharpnel barlarda, məktəblərdə fürsət tapdıqları hər yerdə səhnəyə çıxır və ağırlıqlı metal cover'ları edirdi. 1983-cü ildə "Sharpnel" adını dəyişdirdi və Kurdt'un, San Fransiskoda qurduğu qrupun adı olan Metal Church'ü seçdi. 1984-cü ildən artıq öz mahnılarını yazmağa başlayan qrup ilk konsertini Aberdeen'dəki D&R Theater'da verdi. Daha sonra öz adlarını daşıyan "Metal Church" albomunu Ground Zero vasitəçiliyi ilə çıxartdı. 1985-ci ildə albomun yaxşı satması nəticəsində Elektra Records, Metallicadan James Hetfield və Lars Ulrich'in də təzyiqləri qrupu öz təsirinə alarkən qrup ilk dövrünə hazırlaşırdı. 1986-cı ildə qrup "The Dark" albomunu çıxardı və ən başda öz bateristleri olacaq olan Lars Ulrich və qrupu Metallica ilə turneyə çıxdı. Kurdt qrupda çalmağı kəsdi və turnelərə getməyi buraxdı. Lakin qrupun mahnılarını yazmağa davam edirdi.
Ward Hill Lamon
Ward Hill Lamon (6 yanvar 1828 – 7 may 1893) Amerika Birləşmiş Ştatlarının 16-cı prezidenti və Respublikaçılar Partiyasının ilk prezidenti Avraam Linkolnun ən yaxın dostu və yaxın mühafizəçisi idi. 2 il ABŞ-nin Virciniya ştatında tibb təhsili almışdır. Angelina Turner ilə evləndi. Bu evlilikdən Angelina Ehud adlı bir qızı da var idi. ABŞ-də köləliyə son qoymaq üçün demək olar ki, Linkoln səylərinin hamısında Linkolnun yanında idi. Linkoln və həyat yoldaşının Ford Teatrındakı Linkolnun ölümünə səbəb olan “Amerikalı əmimiz” (“Our American Cousin”) tamaşasını izləməyə getdiyi gecə, o getməmişdir. Bu gecə Linkoln, Konfederasiyaya işləyən Mryland casusu John Wilkes Booth tərəfindən öldürüldü. Bu sui-qəsd həm də ABŞ prezidentlərinə edilən ilk sui-qəsddir. Sui-qəsddən 12 gün sonra John Wilkes Booth Federal agentlər tərəfindən tapıldı. Sonda Virciniyadakı bir anbarda öldürüldü.
Take Me To Church
“Take Me to Church” (azərb. Məni Kilsəyə Apar‎) - İrlandiya müğənnisi Hozierin 2013-cu ildə yayımlanmış “Take Me to Church” adlı mini-albomundan olan sinqldır. Mahnı həm də müğənninin öz adıyla adlandırdığı albomunun ilk trekidi. 2013-cü ilin oktyabr ayında “Irish Singles Chart”a daxil olan sinql ikinci yerə kimi yüksəlmiş və dörd həftə mövqeyini qorumuşdur. 2014-cü ilin may ayında Hozier mahnını “Late Show with David Letterman” verilişində canlı ifa etmişdir. 24 iyun 2014-cü ildə “Columbia Records” tərəfindən mahnı ABŞ modern rok radiosuna göndərilmişdir. Bundan sonra, 2014-cü ilin noyabrında mahnı “Billboard Hot 100” hit-paradında üçüncü yerə qalxmışdır. 2014-cü ilin noyabrında ABŞ-da mahnı bir milyon nüsxədən çox tirajla satılmışdır. Mahnı, "İlin Ən Yaxşı Mahnısı" nominasiyasında LVII Ənənəvi Qremmi Mükafatlarına namizəd göstərilmişdir. == Sözlərin təfsiri == Ədəbi baxımdan “Take me to church” sözləri metaforaya əsaslanır, belə ki, lirik qəhrəman sevgilisinə olan hisslərini dinlə müqayisə edir.