COUNTRY-FOLK
COUNTRY-WIDE
OBASTAN VİKİ
Country Music Television
CMT orijinal adı ilə CMTV, Viacoma məxsus olan Amerika Birləşmiş Ştatları.ödənişli televiziya kanalıdır O öz adını "Country Music Television" qısaltmasından alır.Yerli musiqilərə həsr olunmuş ilk milli kanaldır. Kanalda proqramlaşdırma öncəlik olaraq kantri musiqisinə seçilir. musiqi videoları , bəstəkarlərın konsertləri vəkontri musiqi ulduzlarının çıxışları kanalın proqramına daxildir.. CMT-nin hazırkı proqramı əsasən reality şoular və seriyallardan ibarətdir 2018-ci ilin yanvar ayından etibarən təxminən 92 milyon Amerikalı evlərində (və ya təxminən 119.2 milyon televiziya izləyicisinin 76.9%-i) CMT tezliyini qəbul edir. Kanal Nyu-Yorkda və Naşvildə ofislərə malikdir. == Tarix == === Erkən illər (1983-1991) === CMTV, Kontri Musiqi Televiziyasının öncüsü Glenn Daniels tərəfindən, Video World Productions şirkətinin Hendersonvil Tenesi şəhərində təsis edilib. Daniels, Telestar Korporasiyasının mülkiyyət qrupunu və Blinder Robinson & Company investisiya bankını bir araya gətirərək bu təşəbbüsə nail oldu. Daniels həmçinin proqram direktoru və şəbəkənin ilk prezidenti kimi çıxış etdi. Şəbəkə 5 mart 1983-cü il saat 6: 19-da yayına başlamışdır. .Kanalın əsas rəqibi TNN-idi , Faron Younq 1971-ci ildəki "Dördüncü Gündüz " adlı hiti ilk TV proqaramı olaraq yayınlandı.
Foster the People
Foster the People — 2009-cu ildə Los-Ancelesdə qurulmuş indi-rok qrupu. Onun üzvləri müğənni Mark Foster, gitaraçı Şon Çimino və klaviatura ifaçısı Aysom İnnisdir. Fosterin "Pumped Up Kicks" mahnısı 2010-cu ildə viral uğur qazandıqdan sonra qrup, Startime International-dan rekord müqaviləsi əldə etdi və kiçik klub şouları və musiqi festivallarında çıxışlar vasitəsilə pərəstişkarları qazandı.
People's Choice Awards
People's Choice Awards (azərb. "Xalqın seçimi" mükafatı‎) — ABŞ şou-biznesində ümummilli səsvermə ilə təyin edilən yeganə mükafat. 1975-ci ildən 40-dan artıq nominasiya üzrə təqdim olunur. Əvvəllər ABŞ-nin "Gallup" ictimai fikir institutunun sorğusunun nəticələrinə əsasən təqdim olunan mükafat, hazırda real zaman rejimində keçirilən səsverməyə görə verilir.
Chemtrails over the Country Club
Chemtrails over the Country Club — amerikalı müğənni Lana Del Reyin yeddinci studiya albomu. 19 mart 2021-ci ildə Interscope və Polydor Records tərəfindən buraxılıb. Prodüserliyini onun əvvəlki işlərində dəstək olan Rick Nowels və NFR! üçün prodüserlik edən Cek Antonoff etmişdir. Albomda Nikki Lane, Weyes Blood və Zella Day qonaq ifaçı kimi yer alıb.
Whatever People Say I Am, That's What I'm Not
Whatever People Say I Am, That's What I'm Not — ingilis rok qrupu Arctic Monkeys-in 23 yanvar 2006-cı ildə Domino tərəfindən buraxılan ilk albomu. Qrupun keçmiş bas ifaçısı Endi Nikolsonun yer aldığı yeganə albomudur.