CÜBBƏ

is. [ ər. ] Keçmişdə: üstdən geyilən uzun ətəkli, enli, düyməsiz geyim.
Qocalarımız, cavanlarımız uzun börk qoyardılar, təpəçuxa və cübbə geyərdilər. Ə.Qəmküsar.
[Vəzir Xacə Məsuda:] Buyur, tez mənim qırmızı cübbəmi versinlər, kəhər atımı yəhərləsinlər, eşitdinmi? M.F.Axundzadə.
Uzun tirmə cübbə geymiş məmurlar [vəliəhdi] əhatə etmişlər. P.Makulu.

Синонимы

  • CÜBBƏ cübbə bax xələt 1
CUVAR
CÜBBƏLİ

Значение слова в других словарях