detoponimizasiya
detritofaq
OBASTAN VİKİ
Detrit
Detrit (lat. detritus - ovxalanmış) — su mühitində üzvi lil və orqanizmlərin qalığı, torpaqda bitki maddələrinin qalığı – çürüntü. Detritin qalma müddəti qısa (milçəklərin təsiri ilə işlənən heyvan cəsətləri – bir neçə həftə, meşədə yarpaqlar – bir neçə ay, ağac gövdələri – bir neçə il) və olduqca çox müddətə qalır (humus, sapropel, torf, kömür, neft). Detrit bir çox bioloji varlıqlar üçün qida ehtiyatı olub onların normal fəaliyyəti üçün vacibdir. Göllərin lilindən, suvarılan tarlaların qalıqlarından üzvi gübrə kimi istifadə olunur.
Detritofaq
Detritofaq — detrit yeyən orqanizmlər. == Ədəbiyyat == R.Ə.Əliyeva, Q.T.Mustafayev, S.R.Hacıyeva. “Ekologiyanın əsasları” (Ali məktəblər üçün dərslik). Bakı, “Bakı Universiteti” nəşriyyatı, 2006, s. 478 – 528.
Proprioseiopsis detritus
Proprioseiopsis detritus (lat. Proprioseiopsis detritus) — phytoseiidae fəsiləsinin proprioseiopsis cinsinə aid heyvan növü. == İstinadlar == Proprioseiopsis detritus Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.