DİDMƏK

f.
1. Yun, pambıq və s.-ni xırda hissələrə ayırmaq, lif-lif ayırmaq, tel-tel ayırmaq.
Səlimnaz arvad təzə yorğan salmaq üçün yun didirdi. M.Hüseyn.

2. Dimdiyi ilə parça-parça etmək, qoparmaq, dağıtmaq, ovub çıxarmaq (quşlar haqqında). Qarğalar leşi didirlər. – Dilin olmasa, gözünü qarğalar didər. ( Ata. sözü ).
Ovlayıb öz şikarını uçaraq; Qonur, orda didib yeyir çalağan. A.Səhhət.

// Dırnağı, dişi və s. ilə parça-parça etmək, tikə-tikə etmək, doğrayıb tökmək.
O, əlindəki bir parça kağızı dişi ilə didib vaqona püfləyirdi. M.S.Ordubadi.

// məc. Ruhi əzab vermək, iztirab vermək, incitmək; xırpalamaq.
[Hacı Murad:] Hərəniz bir tərəfdən soxulub cəmdəyimi didirsiniz. S.S.Axundov.
[İncə:] Onun görkəmi ürəyi didir. C.Cabbarlı.
Bildilər o zaman Hacı bəhərçin; Didəcək onları qurddan da betər. H.K.Sanılı.

□ Bir-birini didmək – vuruşmaq, dalaşmaq, çeynəşmək, boğuşmaq, didişmək.
[Məsmə:] Orda adamlar birbirini didirmişlər. Mir Cəlal.

3. Cırmaqlamaq, saçlarını yolmaq.
Gülnaz əlləri ilə [Məmmədin] üzünü, gözünü didir, çırpınıb çıxmağa can atırdı. M.İbrahimov.
Gülüş iti dırnaqları ilə Məmişin üzgözünü didməyə başladı. S.Rəhimov.

Синонимы

  • DİDMƏK dağıtmaq — yırtmaq
  • DİDMƏK cırmaqlamaq — yolmaq

Этимология

  • DİDMƏK Əsli düytmək kimi olub, təxminən “daramaq, hissələrə bölmək” anlamında işlədilir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
DİDMƏ
DİDMƏLƏMƏ

Значение слова в других словарях

-ышком баку́н ва́ши мани́ловски октябри́ст поте́ри топы́рить воспита́ть дать просра́ться до́веку живы́е картины йо́дистый книголю́б миротво́рец подъёмистый суици́дный фазо́метр стремя China-clipper clothes-brush dreariness nae pied-à-terre riderless вездеход