DİKƏLMƏK

f.
1. Uzanmış və ya əyilmiş vəziyyətini dəyişib ayaq üstə durmaq və ya oturmaq, yerindən qalxmaq.
[Məmməd] Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi. C.Cabbarlı.

2. Qalxmaq, başıyuxarı getmək. Atlılar başıyuxarı dikəldilər.
3. Yuxarı qalxmaq, çıxmaq.
Xudayar bəyin burnunun yuxarı tərəfindən bir sümük dikəlib. C.Məmmədquluzadə.

4. məc. Düzəlmək, qurulmaq, bərqərar olmaq.
[Salman:] Rəhim qardaş, deyəsən, Bakıda təzə hökumət dikəlib, müsavat yıxıldı. Ə.Haqverdiyev.

Синонимы

  • DİKƏLMƏK dikəlmək bax qalxmaq 1
  • DİKƏLMƏK düzəlmək — qurulmaq
  • DİKƏLMƏK qalxmaq — durmaq
  • DİKƏLMƏK çıxmaq — qalxmaq

Антонимы

  • DİKƏLMƏK DİKƏLMƏK – ƏYİLMƏK Züleyxa və Balaxanım adını eşidər-eşitməz, papirosları yerdə qoyub dikəldi (C.Cabbarlı); Əyilib yerdən pencəyini götürdü
DİKƏLMƏ
DİKƏLTMƏ

Значение слова в других словарях