DİLƏNMƏK

f.
1. Dilənçilik etmək, yolçuluq etmək; sədəqə yolu ilə özgədən pul, çörək və s. istəmək.
Dilənmək qəsdilə düşüb dərbədər; Gəzərsən bir evdə, pakizə düxtər. Q.Zakir.

Dilənçi dedi: – Mən də elsiz-obasız bir qoca, dilənçiyəm.
Kəndlərdə dilənirəm. S.S.Axundov.

2. məc. Yalvarırcasına istəmək, ummaq.
O baxışlarda çırpınan ruhum; Dilənir gözlərindən istimdad! A.Şaiq.

Синонимы

  • DİLƏNMƏK DİLƏNMƏK, DİLƏNÇİLİK ETMƏK, ƏL AÇMAQ, YOLÇULUQ ETMƏK

Антонимы

  • DİLƏNMƏK DİLƏNMƏK – VARLANMAQ Mən də elsiz-obasız bir qoca dilənçiyəm. Kəndlərdə dilənirəm (S.S.Axundov); Nurcabbar var-dövlətə də, varlanmaq ehtirası ilə özün
DİLƏNMƏ
DİLƏZBƏR

Значение слова в других словарях