DURĞUZMAQ

f.
1. Ayağa qaldırmaq, yerindən qaldırmaq.
// Yerindən qalxmağa (durmağa) məcbur etmək. Başqasını durğuzub yerində oturmaq.
– Mansur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturdu. C.Cabbarlı.

2. Yuxudan oyatmaq. Uşaqları erkən durğuzdular.
– Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı. A.Səhhət.
[Qulu dedi:] …Gərək gedib Əliqulu əmini durğuzam ki, gəlib … [oğrunu] tüfəngləsin. S.S.Axundov.
[Pristav dedi:] Durğuzun bu kafir oğlunu! Ə.Haqverdiyev.

◊ Üzünə durğuzmaq – əleyhinə qaldırmaq.
[Şah:] Əgər xahiş edə, qoşunun hamısını mənim üzümə durğuza bilər. Ə.Haqverdiyev.

Синонимы

  • DURĞUZMAQ 1. DURĞUZMAQ, AYAĞA QALDIRMAQ, YERİNDƏN QALDIRMAQ 2. durğuzmaq bax oyatmaq
  • DURĞUZMAQ oyatmaq — qaldırmaq

Антонимы

  • DURĞUZMAQ DURĞUZMAQ – YATIRTMAQ Mənsur onu durğuzub aparmaq istədisə də, Sitarə mane olub oturtdu (C.Cabbarlı); Mədinə uşaqlarını yatızdırıb, öz işi ilə məşğul
DURĞUZMA
DURMA

Значение слова в других словарях