DUYUQ

sif.
1. Duyğu hissi iti olan, tez duyan, ayıq.
2. Xəbər. Kəndə duyuq yayıldı.
◊ Duyuq düşmək – duymaq, xəbər tutmaq, xəbərdar olmaq. Adamlar bu işdən duyuq düşdülər.
Bunlar divardan aşanda qazamat qulluqçuları duyuq düşdülər. Qaçaq Nəbi”.
Duyuq düşsə əgər verməzlər rüsxət; Unutma, gah-gahi düşəndə fürsət. Q.Zakir.
[Yusif:] Onsuz da bizim işçilər duyuq düşüblər, onları gözdən qoymurlar. S.Rəhman.

Duyuq salmaq – ayıltmaq, xəbərdar etmək.
Xırda çıxışlarda bulunmaq isə düşməni vaxtından əvvəl duyuq sala bilər. M.S.Ordubadi.
Bir soldatı öldürərsə, düşmənin zabitini duyuq salıb əldən çıxara bilərdi. Ə.Əbülhəsən.

Duyuq vermək – bax duyuq salmaq.
Qaraxan papirosunun kötüyünü sümürdü və: – Bəs niyə axşamdan duyuq verməmisən, – dedi, – isti-isti axtaraydıq. S.Rəhimov.

Синонимы

  • DUYUQ ayıq — sayıq
  • DUYUQ xəbər
DUYUXMAQ
DUYUQLUQ

Значение слова в других словарях

грю́ндерствовать неме́тчина ска́зочник тракти́рно бле́кло затопи́ть осрами́ться палеоге́н пальцево́й подружи́ться селени́т amphistylar creak modish Ozark Plateau personal taxes salt cellar stagger back trendiness unexciting аванпорт вбежать заморский обделить обсекать