1. Dinc oturmayan, rahat durmayan, nadinc.
Görsəm çamırlı bir küçədə oynayır haçaq; Çılpaq, ayaqyalın, başaçıq bir dəcəl uşaq.
Dəcəl uşaq kimi minib; Dəniz ləpələrinə, yellənir.
Heç on beş il bundan qabaqkı dəcəl uşağa oxşamır.
// İs. mənasında.
Harda gül görsə; Dəcəllər dərir.
Rizvan ilə beş dəcəl; Hər gün burda oynayır.
2. Cavan heyvanlar haqqında.
Qaşqa day xam atların ən dəcəli idi.
Bayaqkı oynaq və dəcəl tula, quyruğunu bulaya-bulaya on addım irəlidə … gedirdi.