DƏNNƏMƏX’ (Ağcabədi, Başkeçid, Borçalı, Şəmkir, Şuşa, Ucar) yığmaq, dərmək. – Buğdanı dənne:rix’; – Ağaşdan tut dənne: rəm (Ağcabədi); – Əriyin hamsını dənniyiv aparır (Şəmkir). – Hayvanı ağaşdan dənnəmişik (Ucar); – Mən barama dənni:rəm (Şuşa)