DƏVÖ:ZÜ

I
(Ağdam, Ağcabədi, Cəbrayıl, Gəncə, Kürdəmir)
irigiləli qara üzüm növü. – Dəvö:zü yeməli də:il (Ağcabədi); – Həsən, aşağı ləkdən bir az dəvö:zü dər, gəti (Gəncə); – Dəvö:zünnən təbrizi şirəlidi (Kürdəmir)
II
(Ağcabədi, Basarkeçər)
bax dəvəgözü . – Bu şüşüyü dəvö:züynən kəsmişəm (Basarkeçər); – Dəvö:zü əzirsən, qara bağırı pişirirsən, dəvö:zün tozuna batırıf ye:rsən, gözü açır (Ağcabədi)
DƏVƏRƏGÖZ
DƏVRİ