EMULSİYALI sif. xüs. Üzərinə emulsiya çəkilmiş. Qalın qatlı lövhələr vasitəsilə işıq hissəciklərinin, həmçinin “y” hissəciklərin də hərəkətini yazmaq mümkündür. Lakin sonuncu halda daha qalın emulsiyalı lövhələrdən istifadə edilməlidir. A.Qarayev. // Tərkibində emulsiya olan. Emulsiyalı neft.