ENCYCLOPEDIA

n ensiklopediya;

◊ walking ~ məc. “canlı” ensiklopediya (hər şeydən məlumat verə bilən adam); erudit (hər hansı bir sahədə geniş məlumatı olan adam)

ENCURTAIN
ENCYCLOPEDIC
OBASTAN VİKİ
Encyclopedia Americana
Amerika Ensiklopediyası (ing. Encyclopedia Americana) və ya Amerikana — ingilis dilində ən böyük ensiklopediyalardan biri, Nyu-Yorkda nəşr olunan universal ensiklopediya. Ensiklopediyada 45 mindən çox məqalə var, əksəriyyətində 500-dən çox söz var. Ensiklopediyanın yazılmasında 6,500 nəfər iştirak etmişdir. Hal-hazırda ensiklopediya internet abunəçiliyi ilə mövcuddur.
Encyclopedia Britannica
Britannika ensiklopediyası (ing. Encyclopaedia Britannica) — ingilis dilində universal ensiklopediya. Şotland maarifçiləri Adam Blek və Çarlz Blek tərəfindən Edinburq şəhərində yaradılmışdır. == Tarixi == İlk nəşri ensiklopedik lüğət əsasında 1768–1771-ci illərdə 3 cilddə həyata keçirilmişdir. Britannika ensiklopediyasının ilk 8 nəşri Edinburq şəhərində buraxılmışdır. 1870-ci ildə nəşriyyat "The Times" qəzetinin himayəsi altına verilir və London şəhərinə köçürülür. Ensiklopediyanın 11-ci nəşrini Kembric universiteti 1500 ekspertin iştirakı ilə həyata keçirir. 1901-ci ildə Britannika ensiklopediyası ABŞ-nın Çikaqo şəhərindən olan Huper adlı mülkiyyətçi tərəfindən alınır. 20-ci illərdə ensiklopediya "Sheers, Roobeck & Co" firması tərəfindən satın alınır və 1941-ci ildə Çikaqo universitetinə bağışlanır. 1974-cü ildə Britannika ensiklopediyasının sonuncu – 15-ci nəşri ("New Encyclopaedia Britannica" adı altında və ya Britannica 3) buraxılır.
Encyclopedia of Life
Həyat Ensiklopediyası, (HE) (ing. The Encyclopedia of Life (EOL)) – müxtəlif mütəxəssislər tərəfindən birgə yaradılan, dünyada yaşayan və elmə məlum olan bütün 1,9 milyon bioloji növ haqqında məlumatlar toplamağı qarşısına məqsəd qoymuş internet ensiklopediyası. == Ümumi məlumat == Ensiklopediyada hər bir məlum növ haqqında ayrıca məqalələr olacaqdır. Buraya video, audio materiallar, şəkil və mətnlər daxil ediləcəkdir. Hesablamalara görə gələcəkdə, EOL ensiklopediyasında məqalələrin sayı təqribən 1,8 mln. ədəd olacaqdır. Layihənin verilənlər bazasına əvvəlcə heyvanlar və bitkilər haqqında məlumatlar daxil ediləcək, daha sonra mikroorqanizmlər, qazıntı halında tapılan bioloji növlər haqqında məqalələrin daxil edilməsi nəzərdə tutulmuşdur. Ensiklopediyanın saytına daxil olmuş hər bir internet istifadəçisi mətn, foto, xəritə, audio və video yazı şəklində müxtəlif informasiyalar əldə etmək imkanı qazanacaqdır. EOL ensiklopediyası wiki-texnologiya əsasında işləyəcək ki, bu da istənilən İnternet istifadəçisinin istənilən məqalədə dəyişiklik və əlavələr etmə imkanına malik olması deməkdir. Layihənin on il müddətində tam hazır olması nəzərdə tutulur və təqribən $110,5 milyona başa gələcəyi bildirilir.
Great Soviet Encyclopedia
Böyük Sovet Ensiklopediyası və ya qısaca BSE — Sovet İttifaqında nəşr edilmiş ən məşhur və tam ensiklopediyadır. Məqalələrin sayı 100 mindir. BSE üç dəfə nəşr edilmişdir. Birinci nəşr: 65 cild və əlavə nömrəsiz cild — SSRİ, 1926-1947 İkinci nəşr: 49 cild və əlavə cild №50, №51, №52 — SSRİ, 1949-1960 Üçüncü nəşr: 30 cild və əlavə cild №24 — SSRİ, 1969-1978. "Əlifba üzrə adların göstəricisi" adı ilə 1981-ci ildə nömrəsiz əlavə cild nəşr edilmişdir. Hər 3 nəşr "Sovet ensiklopediyası" (rus. "Советская энциклопедия") nəşriyyatı tərəfindən nəşr edilmişdir.
New International Encyclopedia
Yeni Beynəlxalq Ensiklopediya (ing. New International Encyclopedia) — Amerika ensiklopediyası idi. İlk dəfə Dodd, Mead və şirkət tərəfindən 1902-ci ildə nəşr edilmişdir.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. == Vikipediyadan Open-Site-ə istinad == Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.