ENZİM

(-lər)
I
сущ. бот. , хим. энзимы, ферменты (специфические белковые катализаторы, присутствующие в живых клетках)
II
прил. энзимный. Enzim nəzəriyyəsi энзимная теория
ENTUZİAZM
EOL
OBASTAN VİKİ
Enzimologiya
Fermentlərin quruluşu, təsnifatı və xassələrindən bəhs edən elm sahəsi enzimologiya və ya fermentologiya adlanır. ENZİMOLOGİYANIN İNKİŞAF TARİXİ İnsanlar hələ ta qədimdən öz təsərrüfat fəaliyyətində müx¬təlif fermentativ proseslərlə qarşılaşır, onlardan öz tələbatlarının ödənilməsi üçün istifadə etməyə çalışırdılar. Spirt və süd turşu qıcqırmasının həyata keçirilməsi, pendirin hazırlanmasında qur¬saq¬dan istifadə, nişasta tərkibli xammalı şəkərə çevirmək məq-sədilə mayanın, ağız suyunun və kif göbələklərinin, çörək isteh¬salında mayanın tətbiqi qədim zamanlardan insanlarda fermenta¬tiv proseslər haqqında təsəvvürlərin olmasını göstərir. Fermentativ proseslər haqqında ilk təcrübi məlumat XVIII əsrin ikinci yarısında Fransız və İtalyan təbiətşünasları R.A.Reomür və L.Spallansani tərəfindən quşların mədəsində ətin həzmi prosesinin öyrənilməsinə həsr olunmuş təcrübələrdə əldə edilmişdir. Bu tədqiqatçılar hind xoruzlarına və yırtıcı quşlara nazik metal¬dan hazırlanmış zəncirə bağlanmış ət parçalarını verir¬dilər və bir neçə saatdan sonra həmin zənciri quşun dimdiyindən çıxartdıqda ətin quşun çinədanında fəaliyyət göstərən həzm şirə¬si¬nin təsiri ilə tamamilə həll olunduğunu müşahidə edirdilər. Bu müşa¬hi¬dələr L.Spallansanini həzm şirələrinin kimyə¬vi tərkibinin öyrə-nil¬məsi istiqamətində təcrübələrin aparıl¬masına sövq etmiş¬dir. Lakin mürəkkəb fermentativ prosesin ilk dəqiq kimyəvi təd¬qiqi 1789-cu ildə müasir kimyanın banisi sayılan A.L.Lavuazye tərəfindən həyata keçirilmişdir. O, vəsfi kimyəvi analiz üsullarını tətbiq edərək, ilk dəfə olaraq spirtli qıcqırmanın məhsullarının balansını göstərmişdir. 1814-cü ildə Peterburq Elmlər Akademiyasının həqiqi üzvü K.S.Kirxhof cücərmiş arpa toxumlarından alınmış ekstrakt¬da nişastanın şəkərə çevrilməsinə səbəb olan fəal maddənin mövcudluğunu göstərmişdir. Bununla belə, ilk dəfə olaraq, Kirx¬hof amilaza fermentinin məhlulunu əldə etmişdir və Kirxhofun bu kəşfi enzimologiyanın yaranma tarixi hesab oluna bilər.

Значение слова в других словарях