1. Sübhdən, tezdən, səhər tezdən, erkən, erkəndən. Ertə durmaq. Səhər ertədən işləmək.
– Sübh çox ertə oyanardı qarı; Durğuzar idi hamı xidmətkarı.
Qurbanqulu çox işsevən bir cavan idi. Sübh hamı qonşularından ertə durub oduna, biçinə, alağa, xıra, bağa gedərdi.
2. Hazırkı gündən sonra gələn gün, dal gün, o birisi gün. Ertəyə qalan, arxaya qalar. ( Ata. sözü ).
3. Daha tez, daha erkən. Bu gün ertə durdu.
// Tez, qabaq, vaxtından əvvəl.
Şəhərə bir azca ertə çatmaq üçün; Tələsirdi qabaqca satmaq üçün.