EŞƏLƏNMƏK

qayıd.
1. Ayaqları ilə torpağı qurdalayaraq, qazaraq özünə yem aramaq.
Cücələrim birər-birər; Suyu görüb yavuq gələr; İçər, gedər, eşələnər. A.Səhhət.
Çadırımızın dörd bir yanı açıqlıq olduğundan toyuq cücələri ilə o açıqlıqda gəzişir, qurd-quş, çəyirtkə tutub yeyir və eşələnirdi. A.Şaiq.

2. Yerində qurdalanmaq, o üz-bu üzə çevrilmək.
[Ana:] Səhər tezdən, lap toyuqlar ağacdan töküləndə biz oyanıb dururuq, [oğlum] oyanırsa da, gözü baxa-baxa yerinin içində o tərəf-bu tərəfə eşələnir. Qantəmir.
Sübhanverdizadə eşələnərək məftilli krovatı cırıldatdı. S.Rəhimov.
Tapdıq yerinin içində eşələndi və gözünü açdı. Ə.Vəliyev.

Синонимы

  • EŞƏLƏNMƏK qurdalanmaq — çevrilmək
EŞƏLƏNMƏ
EŞƏNƏK

Значение слова в других словарях

восто́чный ле́стницей овра́жистость совлека́ть угоди́тельный громи́ла облиня́лый переломи́ться подсо́хнуть распоя́саться шу́стрость деру free silver heptameter kronen may-bug pareses prelate relaying strategic trashy восходитель домодельный закончить овеществляться