FIŞQIRTI

is.
1. Fışqıraraq çıxan suyun, mayenin, qazın, buxarın və s.-nin çıxardığı xəfif səs; fışıltı. Qazın fışqırtısı. – Məmməd bəy təpədə birisinə çatıb, arxadan qılıncı boynuna endirdi.
Qan fışqırtı ilə atın yəhərəsbabına səpildi. Çəmənzəminli.
[Bulaqların] bəziləri daşların sinəsindən fışqırtilə fəvvarə vurur, bəzisi isə pıqqapıqla, sanki qaynaya-qaynaya çıxır. Ə.Abasov.

2. Püskürmə, püskürtü.
FIŞQIRMAQ
FIŞTIRIQ

Значение слова в других словарях