Aleksandr Gerst
Aleksandr Gerst (alm. Alexander Gerst; 3 may 1976 və ya 1976) — alman alimi, geofizik və kosmonavt. Almaniyada 11-ci, dünyada 539-cu kosmonavt. Təbiət elmlər doktoru, Alman və Amerikan geofizika cəmiyyətilərinin üzvü.
== Həyatı ==
Aleksandr Gerst 3 may 1976-cı ildə Baden-Vürtemberqin, Künzelsau şəhərində anadan olub. 1995-ci ildə Eringen (Almaniya) şəhərində texniki bir yanaşma ilə liseyi bitirmiş və Almaniyanın Karlsrure Universitetinə daxil olmuşdur. Məktəbdə oxuyarkən, Gerst könüllü olaraq yanğınsöndürən və xilasedici kimi çalışmışdır. 1999-cu ilin oktyabrında universitetdən fərqlənərək, fizika və geofizika üzrə bakalavr dərəcəsi almışdır.
1998-ci ildən 2003-cü ilədək universitetlərdə təhsil alırkən, Antarktika da daxil olmaqla, müxtəlif beynəlxalq elmi təcrübələrə qatılıb. 2001–2003-cü illərdə, Yeni Zelandiyadakı bir vulkan ekspedisiyası üzərində hazırlanmış, vulkanik fəaliyyətin monitorinqi üçün yeni bir metod hazırlanmış, nəticələr elmi bir jurnalda dərc edilmişdir.