GİLİNZİR
GİLLƏ
OBASTAN VİKİ
Karen Gillan
Karen Şeyla Qillan (ing. Karen Sheila Gillan; 28 noyabr 1987, İnverness, Şotlandiya) — şotland aktrisa və model. == Həyatı == Karen İnverness, Şotlandiyada anadan oldu və böyüdü. Qardaşı və bacısı olmayan Qillanın atası Reymond Con Qillan və anası Marie Qillan (evlilikdən əvvəlki soyadı: Peterson) Kinmiliesdə yaşayır. 7 yaşında pianinoda ifa etməyi öyrənən aktrisa, gənc yaşda aktrisalığı sevməyə başladı və bəzi gənclik teatr qruplarında yer aldı.On altı yaşında karyerasını davam etdirmək üçün Edinburqa köçdü. Buradakı Telford kollecində HNC Aktyorluq kursunu bitirdi. On səkkiz yaşı tamam olanda İtaliya Conti Teatr Sənətləri Akademiyası adlı dram məktəbində oxumaq üçün Londona köçdü və buradan Ədəbiyyat fakultəsi diplomunu alaraq məzun oldu. == Karyerası == İtaliya Conti-də təhsil həyatında davam edərkən moddelik agentliyində işə götürüldü və 2007 London Moda Həftəsində modellik etdu. == Şəxsi həyatı == 2011-ci ildə Fashion Targets Breast Cancer (FTBC)-in kompaniyasında yer aldı.